5 may 2012 14:47
Mərkəzi oyunların hakimləri açıqlandı
Futbol üzrə Azərbaycan Premyer Liqasının 31-ci turunda keçiriləcək görüşlərin baş hakimləri bəlli olub. Azerisport.az xəbər verir ki, turun ən çox maraq doğuran oyununda - Quzanlıda baş tutacaq “Qarabağ” – “İnter” görüşündə Fariz Yusifov ədaləti təmsil edəcək.
Paytaxt derbisi - “Bakı” – “Neftçi” qarşılaşmasında isə baş hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək. "Xəzər Lənkəran" - "Qəbələ" oyunu da Rəhim Həsənova tapşırılıb.
Qeyd edək ki, bütün oyunlar saat 17:30-da başlayacaq.
Premyer Liqa
31-ci tur
Xəzər Lənkəran – Qəbələ
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Zeynal Zeynalov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Rüfət Hüseynov
Lənkəran şəhər stadionu
Qarabağ – İnter
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Namiq Hüseynov, Teymur Fərhadov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Kərim Ağayev
Ağdam rayon Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu
Bakı – Neftçi
Hakimlər: Orxan Məmmədov, Ramiz Əsədov, Rza Məmmədov, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Məhəmməd Məmmədov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
Bütün oyunlar 17:30-da başlanır.
