5 may 2012 15:03

“Avropa Liqasında Qarabağı görmək istərdim, nəinki İnteri”

“Bakı”nın yarımmüdafiəçisi Elvin Məmmədov Premyer Liqanın 31-ci turunun “Neftçi” ilə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- Artıq çempionluğunu rəsmiləşdirmiş “Neftçi” ilə oyuna çıxacaqsız. Nə dərəcədə yaxşı hazırlaşa bilmisiz?
- Biz onlardan revanş almağa çalışacağıq. Bu mövsüm biz onlara normal müqavimət göstərə bilməmişik. Amma bu dəfə vəziyyəti dəyişmək istəyirik. Əvvəlki məğlubiyyətlərin əvəzini çıxmaq lazımdı.
 
- Bu oyunla yanaşı bu iki komandanı həm də kubokun finalı gözləyir...
- Kubok oyunu tam fərqli görüş olacaq. Bu barədə yalnız çempionat başa çatandan sonra düşünəcəyik. İndi isə əsas hədəfimiz 3 xal qazanmaqdı. Yeni çempionu məğlub etmək çox gözəl olardı.
 
- Komandanız artıq Avropa Liqasına vəsiqəni rəsmiləşdirib. Avropada uğur qazanmaq üçün nə dərəcədə dəyişikliklərə ehtiyac var?
- Biz mövsüm ərzində buraxdığımız səhvləri çox gözəl başa düşürük. Yayda təlim-məşq toplanışı keçirəcəyik. Çox güman ki, yeni futbolçular da alınacaq. Mümkündü ki, bəzi dəyişikliklər olsun. Bilirik ki, çempionatda buraxdığımız səhvləri avrokuboklarda ümumiyyətlə bağışlamayacaqlar.
 
- Siz “Bakı”da qalacaqsız?
- Mənim müqaviləmin müddəti mayın sonunda başa çatır. Düzünü deyim ki, hələ bu barədə düşünmürəm. İndi qalan son üç oyuna köklənmək lazımdı. Harda oynamaq haqda isə mövsüm bitəndən sonra düşünmək olar.
 
- Bu tur “İnter”lə “Qarabağ”ın çox prinsipial oyunu var. Hansına azarkeşlik edəcəksiz?
- Hər ikisi keçmiş klublarımdı. Qoy güclü qalib gəlsin. Şansları bərabər hesab edirəm. Ağdamlılar son turlarda pis çıxış edirlər Amma onlar lazımı anda toparlana bilərlər. İstərdim ki, hər iki klub avrokuboklara vəsiqə qazansın.
 
- Seçim etməli olsaydız, hansına üstünlük verərdiz?
- Mən “Qarabağ”ı seçərdim. Qoy “İnter”lilər məndən inciməsinlər. Amma “Qarabağ”da daha çox azərbaycanlı futbolçular çıxış edir. Avrokubokları “Qarabağ”sız təsəvvür edə bilmirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.