5 may 2012 19:15
Yığmamız Latviyadan qisasını qala bilmədi
Riqa şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması latviyalı həmyaşıdları ilə ikinci yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma 3:2 hesabı ilə Latviya yığmasının xeyrinə başa çatıb.
Yığmamızın qollarından birinin müəllifi Umar Akmurzayev olub. Digər qolu isə latviyalı futbolçu öz qapısından keçirib.
Xatırladaq ki, bu komandalar arasında mayın 3-də keçirilən yoldaşlıq oyunu 2:0 hesabı ilə Laviya U-16 yığmasının qələbəsi ilə yekunlaşmışdı.
