5 may 2012 19:57
Qurban Qurbanov: İnamlı oyun göstərdik
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 31-ci turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı komandasının 1:0 hesabıyla qalib gəldiyi görüşdən sonra bunları dilə gətirib:
“Futbolçularıma oyuna görə təşəkkür edirəm. Həm hücumda, həm də müdafiədə çox inamlı oyun göstərdilər. Avroliqaya getmək üçün şansımız var, qarşıdakı oyuna hazırlaşacağıq”.
