5 may 2012 20:08
Kavlak: Avrokubok şansımızı gözləyirdik
“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak Premyer Liqanın 31-cu turunun “Xəzər Lənkəran” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ klubunun türkiyəli çalışdırıcısı komandasının 1:1 hesablı heç-heçəyə razılaşdığı görüşdən sonra bunları dilə gətirib:
“Biz hər oyunda qələbə üçün oynayırıq. “Qarabağ” – “İnter” oyununun nəticəsinə görə avrokubok şansımızı gözləyirdik. Artıq çempionatın son oyununa hazırlaşacağıq”.
