5 may 2012 20:14
Yunis Hüseynov: Bu cür futbolu bəyənmirəm
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın 31-ci turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran klubunun çalışdırıcısı komandasının 1:1 hesablı heç-heçəyə razılaşdığı görüşdən sonra bunları dilə gətirib:
“Komandada arxayınçılıq var idi. İlk qoldan sonra isə futbolçular müdafiədə oynadı. Bu cür futbolu bəyənmirəm. Komandadan narazı qaldım. “Qəbələ” bu gün yaxşı oyun göstərdi”.
