5 may 2012 20:28
Novruz Əzimov: 2-ci hissədə daha yaxşı oynadıq
“Bakı”nın məşqçisi Novruz Əzimov Premyer Liqanın 31-ci turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 2:0 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“Heyətimizdə bəzi itkilər var idi. Komandamın ilk hissədəki oyunundan razı qalmadım. İkinci hissədə isə daha yaxşı oyun nümayiş etdirdik. Kubokun finalındakı oyuna hazırlaşacağıq”.
