5 may 2012 20:34
Hacıyev: Bakını finalda yenmək üçün daha əzmlə mübarizə aparacağıq
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın 31-ci turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 0:2 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gətirib:
“Bakı”nı möhtəşəm qələbə münasibətilə təbrik edirəm. Hər iki komanda meydana gənc futbolçularla çıxmışdı. Kubokdan öncə məğlub olmağımız bizə sərf edir. Çünki, kubokun finalında “Bakı”nı məğlub etmək üçün daha əzmlə mübarizə aparacağıq. Növbəti turda da “Bakı”ya uğurlar arzulayıram”.
