5 may 2012 20:40

Xəzər Lənkəran da Avroliqadan kənar qala bilər

Avropa Liqasına vəsiqə qazanacaq növbəti iki komandanın adına 31-ci turda da aydınlıq gəlmədi. Azerisport.az xəbər verir ki, bu iki komandanın adı son turun oyunlarından sonra müəyyənləşəcək.
 
Qeyd edək ki, hazırda “Xəzər Lənkəran”ın hesabında 56, “Qarabağ” və “İnter”in hesabında isə 53 xal var. “Xəzər Lənkəran” son turda “Qarabağ”a uduzsa, “İnter” isə “Bakı”nı yensə, 3 komandanın xalları bərabər olacaq. Bəs o zaman nə olacaq?
 
Çempionatın əsasnaməsinə görə, sonrakı yerləri müəyyənləşdirərkən iki və daha çox komandanın topladığı xallar bərabər olarsa, (təsnifat mərhələsinin və final mərhələsindəki matçların nəticələri nəzərə alınır) komandaların öz aralarında keçirdikləri oyunların nəticələrinə görə (top fərqi) verilsin. Bu göstərici də bərabər olarsa, komandaya aşağıdakı nəticələrə uyğun daha yüksək yerlər müəyyənləşdirilsin:
 
a) Ən çox qələbə qazanmış komandaya;
b) Bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqinə görə;
c) Bütün görüşlərdə vurulmuş topların sayına görə;
d) Ən az qayda pozuntusuna görə (xəbərdarlıq – 1 bal, kənarlaşdırılma – 3 bal)
 
“Xəzər Lənkəran”, “Qarabağ” və “İnter” komandaları arasında keçirilmiş oyunların nəticələrini təqdim edirik:
 
II tur
 “Qarabağ” 1-0 “İnter”
 
 XIII tur
 “İnter” 0-0 “Qarabağ”
 
 XXVII tur
 “İnter” 1-1 “Qarabağ”
 
 XXXI tur
 “Qarabağ” 1-0 “İnter”
 
____________________________________________________
 
VI tur
 “Qarabağ” 0-1 “Xəzər Lənkəran”
 
 XVI tur
 “Xəzər Lənkəran” 0-0 “Qarabağ”
 
 XXIII
 “Qarabağ” 1-0 “Xəzər Lənkəran”
 
 XXXII tur
 “Xəzər Lənkəran” – “Qarabağ” (11.05.2012)
 
____________________________________________________
 
VIII tur
 “İnter” 1-0 “Xəzər Lənkəran”
 
 XV tur
 “Xəzər Lənkəran” 0-1 “İnter”
 
 XXVI tur
 “Xəzər Lənkəran” 2-0 “İnter”
 
 XXX tur
 “İnter” 0-0 “Xəzər Lənkəran”

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.