6 may 2012 00:03
Hər şey son tura qaldı
Ötən gün futbol üzrə Azərbaycan Premyer Liqasında 31-ci turun oyunlarına start verildi. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutdu ki, onların da hamısı ilk altılıq komandaları arasında keçirildi.
İkinci pillədə qərarlaşan “Xəzər Lənkəran” doğma meydanda “Qəbələ”ni qəbul etdi. Lənkəran klubu bu oyunda qələbə qazanmaqla Avropa Liqasına vəsiqəni təmin edə bilərdi. “Qəbələ” isə daha çox “Qarabağ” – “İnter” görüşündə sərfəli nəticə xəbəri ümidi ilə Lənkəranda qələbə qazanmağı hədəfləmişdi. Çünki Fatih Kavlakın komandasının Avroliqaya cüzi şansı olsa da, burada digər iştirakçıların nəticələri də az önəm daşımırdı. Amma maraqlıdı ki, həm Lənkəran, həm də Qəbələ klubu bu istəyinə çata bilmədi.
Halbuki, cənub təmsilçisi bu görüşdə qələbə qazanmaq üçün çox yaxşı şansa malik idi. Məsələn, Yunis Hüseynovun komandası doğma divarlar arasında çıxış edirdi ki, bu da “ağ-yaşıllar” üçün əsas üstünlüklərdən biri idi. Bundan əlavə matçın 31-ci dəqiqəsində Aleksandr Çertoqanov meydandan qovuldu və “Qəbələ” azlıqda qaldı. Bu, cənub təmsilçisinin hücumlarının kəsərinin daha da artmasına səbəb olsa da, hesabı yalnız 59-cu dəqiqədə açmaq mümkün oldu. Lakin “Xəzər Lənəran” üstünlüyünü qoruya bilmədi. Belə ki, son dəqiqələrdə Viktor Mendinin vurduğu bərabərlik qolu görüşün yekun nəticəsini müəyyənləşdirdi – 1:1.
Növbəti çempionluğunu sona iki tur qalmış təmin edən “Neftçi” bu tur paytaxt derbisində “Bakı”nın qonağı oldu. Komandaların artıq Premyer Liqada heç bir iddiası qalmasa da, qarşılaşma prinsipiallığı ilə seçilirdi. Çünki “Bakı” bu mövsüm “Neftçi”yə qarşı keçirdiyi hər üç qarşılaşmada məğlub olmuşdu və dəfə revanş almaq istəyirdi. Buna nail olacağı halda “zolaqlılar” “Qəbələ”nin mümkün xal itkisi təqdirində bir pillə irəliləyə də bilərdi.
Meydan sahibləri bu vəzifənin öhdəsindən gələ bildilər. Böyükağa Hacıyevin bəzi əsas heyət oyunçularını ehtiyatda saxladığı oyunda “Bakı” yeni çempionu 2:0 hesabıyla məğlub etdi. Bu 3 xal sayəsində Novruz Əzimovun komandası həm də ilk altılığın son pilləsini tərk etməyə nail oldu. Lakin maraq üçün qeyd edək ki, bu, paytaxt klublarının cari mövsümkü son görüşü olmayacaq. Belə ki, mayın 17-də “Bakı” və “Neftçi” Azərbaycan kubokunun final matçında da üz-üzə gələcəklər.
Nəhayət turun mərkəzi oyunu Quzanlıda “Qarabağ”la “İnter” arasında keçirildi. Qeyd edək ki, bu, Ağdam klubu üçün son şans idi. Belə ki, bu oyuna qədər hesabında 50 xal olan “Qarabağ” “bankirlər”dən 3 xal geri qalırdı. Son üç ildə Avropa Liqasında uğurlu nəticələri ilə azarkeşləri sevindirən Qurban Qurbanovun yetirmələri üçün vəziyyət faciəvi həddə çatmışdı. “Qarabağ” “İnter”i yeməsə, Avropaya vəsiqə şansını itirəcəkdi. “İnter”ə isə səfərdə bir xal da sərf edirdi.
Lakin “Qarabağ” çətinliklə də olsa, istədiyi nəticəyə nail oldu. Belə ki, 76-cı dəqiqədə vurulan qol oyunda yeganə oldu və Ağdam klubu çox vacib qələbə qazandı. Bununla da “İnter”lə “Qarabağ” arasında xal fərqi bərabərləşdi. Amma öz aralarındakı oyunların ümumi nəticəsinə əsasən ağdamlılar “İnter”i turnir cədvəlində qabaqlamağa nail oldu.
Beləliklə, Premyer Liqanın 31-ci turunun oyunlarından sonra "Qəbələ"nin bu mövsüm avrokuboklardan kənar qalacağı dəqiqləşdi. “Xəzər Lənkəran”la oyuna qədər hesabında 48 xalı olan Qəbələ təmsilçisi bur tur "Xəzər Lənkəran"la 1:1 bərabərə qalaraq son şansını da əldən verdi. Son dəqiqələrində qələbədən məhrum olan "Xəzər Lənkəran" isə avrokuboklardan kənarda qalmaq təhlükəsi ilə üzləşdi. Belə ki, bu oyundan sonra xalını 56-ya yüksəldən Lənkəran təmsilçisi ən yaxın izləyicisi "Qarabağ" və "İnter"i cəmi 3 xal qabaqlayır.
Premyer Liqanın son turunda "Xəzər Lənkəran" doğma meydanda "Qarabağ"la qarşılaşacaq. Ağdam təmsilçisi bu oyunda qələbə qazanacağı təqdirdə xalını "Xəzər Lənkəran"la eyniləşdirəcək (hər iki komandanın 56 xalı olacaq). Lakin "Qarabağ" "Xəzər Lənkəran"la şəxsi oyunlarda üstün olduğundan avrokuboklara vəsiqə qazanan tərəf məhz Qurban Qurbanovun komandası olacaq.
Son turun digər matçında isə "İnter" öz meydanında "Bakı" ilə münasibətlərinə aydınlıq gətirəcək. "Bankirlər" də bu oyunda qələbə qazanmaqla xalını 56-ya yüksəldə bilər. "İnter" də şəxsi görüşlərdə "Xəzər Lənkəran"ı üstələdiyindən avrokuboklara növbəti vəsiqəni məhz Kaxaber Tsxadadzenin komandası qazanacaq. Lakin “İnter” son turda xal itkisi ilə üzləşsə, "Xəzər Lənkəran" "Qarabağ"la görüşün nəticəsindən asılı olmayaraq avrokuboklara vəsiqəni təmin edəcək. Belə olacağı halda Lənkəran təmsilçisini "Qarabağ"la görüşdə 1 xal da qane edəcək.
Qeyd edək ki, ikinci altılığın oyunları bu gün keçiriləcək. “Simurq” “Rəvan”ı, “Kəpəz” “Turan”ı, “Sumqayıt” isə AZAL-ı qəbul edəcək. Oyunlar saat 17.30-da başlayacaq.
Premyer Liqa
31-ci tur
5 may
XƏZƏR LƏNKƏRAN – QƏBƏLƏ - 1:1 (0:0)
Qollar: Adrian Pit, 59 (1:0), Viktor Mendi, 87 (1:1)
Sarı vərəqələr: Rikardo Qomeş, 17 (qeyri-idman hərəkəti), Katalin Doman, 60 (qeyri-idman hərəkəti), Elnur Abdullayev, 82 (qeyri-idman hərəkəti) - Ürfan Abbasov, 14 (rəqibi tutduğuna görə), Aleksandr Çertoqanov, 17 (qeyri-idman hərəkəti): 31 (qeyri-idman hərəkəti), Yannik Kamanan, 75 (hakimin qərarına etiraz).
Qırmızı vərəqə: Aleksandr Çertoqanov, 31 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Zeynal Zeynalov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Rüfət Hüseynov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
5 may 2012. Lənkəran. Şəhər stadionu. 8000 tamaşaçı.
Xəzər Lənkəran: 1. Kamran Ağayev, 2. Elnur Allahverdiyev, 3. Elvin Beqiri, 6. Roberto Alviz, 7. Katalin Doman (15. Sadio Tounkara, 88), 8. Eder Bonfim, 9. Branimir Subaşiç (10. Elnur Abdullayev, 81), 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 21. Radomir Todorov, 81. Rikardo Qomeş (30. Rendal Brenes, 74).
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 1. Andrey Mureşan, 18. Alim Qurbanov, 33. Stevan Bates.
Baş məşqçi: Yunis Hüseynov.
Qəbələ: 30. Qrem Smit, 3. Vurğun Hüseynov (k), 8. Bruno da Silva, 9. Viktor Mendi, 11. Yannik Kamanan, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 20. Stiv Olfers, 21. Elmar Baxşıyev, 34. Ürfan Abbasov (26. Daniel Lopes Kruz, 81), 77. Dodo.
Ehtiyat oyunçular: 1. Elnar Kərimov, 5. Sergey Sokolov, 10. Deon Burton, 29. Amil Yunanov, 33. Saşa Yunisoğlu, 38. Elnur Mustafayev.
Baş məşqçi: Fatih Kavlak.
QARABAĞ – İNTER - 1:0 (0:0)
Qol: Vladimir Levin, 76-öz qapısına.
Sarı vərəqələr: İlqar Qurbanov, 69 (rəqibi əli ilə tutduğuna görə), Fərhad Vəliyev, 88 (oyunun bərpasını gecikdirdiyi üçün) - Georgi Lomaya, 45 (oyununn bərpasını gecikdirdiyi üçün), İlia Kandelaki, 55 (rəqibi əli ilə tutduğuna görə).
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Namiq Hüseynov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
5 may 2012. Ağdam rayon Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu. 2000 tamaşaçı.
Qarabağ: 1. Fərhad Vəliyev (k), 2. Qara Qarayev, 7. Namiq Yusifov, 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov (9. Bəxtiyar Soltanov, 86), 18. İlqar Qurbanov, 19. Muarem Muarem (11. Rauf Əliyev, 66), 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Vaqif Cavadov (4. Zaur Həşimov, 81), 77. Georgi Adamiya.
Ehtiyat oyunçular: 99. Boyan Pavloviç, 10. Emin İmaməliyev, 20. Nderim Nedzipi, 44. Eltun Yaqublu.
Baş məşqçi: Qurban Qurbanov.
İnter: 1.Georgi Lomaya, 4. Valeri Abramidze (28. Baçana Tsxadadze, 78), 8. Nizami Hacıyev (6. Samir Zərgərov, 56), 11. Asif Məmmədov, 14. Peter Zlatinov, 15. Vladimir Levin (k), 18. Ilia Kandalaki, 20. Girt Karlson, 21. Arif Daşdəmirov, 22. Peter Xrappan, 25. İbrahima Niasse (13. Bronislav Çervenka, 29).
Ehtiyat oyunçular: 90. Səlahət Ağayev, 2. Xəyal Mustafayev, 29. Əziz Quliyev, 30. Danildo Assioli.
Baş məşqçi: Kaxaber Tsxadadze.
BAKI – NEFTÇİ - 2:0 (1:0)
Qollar: Nurlan Novruzov, 44 (1:0), Koke, 90 (2:0)
Sarı vərəqələr: Nurlan Novruzov, 70 (qeyri-idman hərəkəti) - Cavid Hüseynov, 25 (perpsektivli hücumun qarşısını aldığına görə), Denis Silva, 90+2 (qeyri-idman hərəkəti).
Hakimlər: Orxan Məmmədov, Ramiz Əsədov, Rza Məmmədov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
5 may 2012. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 1000 tamaşaçı.
Bakı: 1. Marko Şarliya, 3. Denis İvanov, 6. İbrahim Karqbo (22. Tural Qürbətov, 75), 7. Deyvidas Çesnauski, 10. Lukas Mario Horvat, 11. Elvin Məmmədov, 15. Cəmşid Məhərrəmov (k), 19. Nurlan Novruzov (99. Rəhman Hacıyev, 77), 20. Elşad Manafov, 24. Nenad Kovaçeviç, 98. Serxio Kontreras (85. Vadim Abdullayev, 90+2).
Ehtiyat oyunçular: 23. Sissoko Xalidu, 4. Vadim Boret, 17. Vasif Rzayev, 32. Aleksey Savinov.
Məşqçi: Novruz Əzimov.
Neftçi: 1. Rauf Mehdiyev, 3. Denis Silva, 11. Cavid Hüseynov (27. Rəşad Abdullayev, 55), 15. Ruslan Abışov (k), 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov (6. Slavço Georgiyevski, 61), 22. Fərid Quliyev, 25. Cavid İmamverdiyev, 26. Kərim Diniyev, 28. Emin Mehdiyev (8. Elşən Abdullayev, 46), 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 5. İqor Mitreski, 17. Kənan Manafov, 29. İlham Allahverdiyev.
Baş məşqçi: Böyükağa Hacıyev.
|
1
|
Neftçi
|
31
|
20
|
3
|
8
|
55 - 29
|
26
|
63
|
|
2
|
Xəzər L
|
31
|
16
|
8
|
7
|
40 - 27
|
13
|
56
|
|
3
|
Qarabağ
|
31
|
15
|
8
|
8
|
36 - 24
|
12
|
53
|
|
4
|
İnter
|
31
|
15
|
8
|
8
|
28 - 21
|
7
|
53
|
|
5
|
Bakı
|
31
|
15
|
5
|
11
|
42 - 35
|
7
|
50
|
|
6
|
Qəbələ
|
31
|
14
|
7
|
10
|
42 - 32
|
10
|
49
|
|
1
|
AZAL
|
30
|
11
|
8
|
11
|
43 - 43
|
0
|
41
|
|
2
|
Rəvan
|
30
|
9
|
10
|
11
|
35 - 36
|
-1
|
37
|
|
3
|
Simurq
|
30
|
7
|
9
|
14
|
25 - 40
|
-15
|
30
|
|
4
|
Kəpəz
|
30
|
8
|
5
|
17
|
33 - 53
|
-20
|
29
|
|
5
|
Turan
|
30
|
6
|
7
|
17
|
25 - 39
|
-14
|
25
|
|
6
|
Sumqayıt
|
30
|
5
|
6
|
19
|
24 - 49
|
-25
|
21
|
Bombardirlər:
16 - Bahodir Nasimov (Neftçi)
11 - Yuri Fomenko (Kəpəz)
11 - Yuri Fomenko (Kəpəz)
10 – Tales Şütz, Zohair Benuahi (hər ikisi AZAL), Flavinyo (Neftçi).
