6 may 2012 00:11
İngiltərə Federasiyası Kuboku: Çelsi - çempion!
Futbol üzrə İngiltərə Federasiya Kubokunda mövsümə yekun vurulub. Azerisport.az xəbər verir ki, turnirin final matçında “Chelsea” ilə “Liverpool” üz-üzə gəlib.
Bir neçə gün sonra Premyer Liqada da qarşılaşmalı olan tərəflərin bu gərgin mübarizəsində hesabı “Chelsea” açıb. Fasilədən sonra “zadəganlar” daha bir qol vurmağa imkan tapıblar. “Liverpool” isə yalnız təsəlli qoluna imza ata bilib.
Beləcə, İngiltərə Federasiya kubokunu bu dəfə “Chelsea” qazanıb. Qeyd edək ki, London klubu buna qədər daha altı dəfə bu titula sahib çıxmışdı.
İngiltərə Federasiya Kuboku
Final
5 may
Chelsea – Liverpool – 2:1
Qollar: Ramires, 11, Droqba, 52 – Karroll, 64.
