5 may 2012 00:05

Ya Qarabağ, ya... İnter

Həftəsonu futbol üzrə Azərbaycan Premyer Liqasında 31-cu turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, ənənəvi olaraq, qarşılaşmaların yarısı şənbə, qalanları isə bazar günü baş tutacaq. İlk oyun günündə iddialılar, son gündə isə autsayderlər üz-üzə gələcəklər.
 
Turun ən çox maraq doğuran görüşü Quzanlıda keçiriləcək. Burda “Qarabağ” “İnter”lə çox prinsipial oyuna çıxacaq. Çünki turun mərkəzi oyununda Avropa Liqasına vəsiqənin növbəti sahibi böyük ölçüdə bəlli olacaq. Məlum olduğu kimi, hazırda ikinci pillədə qərarlaşan “Xəzər Lənkəran”la yanaşı “İnter” Avroliqaya getməyə çox yaxındı. Lakin “Qarabağ” əsas rəqibi ilə öz arasındakı oyunda qalib gəlməyi bacarsa, o zaman son vəsiqə məhz ağdamlılara qismət olacaq. Təbii ki, son turun oyunlarında fərqli nəticələr qeydə alınmamaq şərtilə. Bu üzdən də tərəfləri çox gərgin mübarizə gözləyir. Qurban Qurbanovun komandasına bu görüşdə mütləq qələbə lazımdı. Lakin “bankirlər”ə hətta heç-heçə də sərf edir. Çünki belə olan halda bakılılar üçüncü pillədəki mövqelərini qorumuş olacaqlar.
 
Maraq üçün xatırladaq ki, bu mövsüm təsnifat mərhələsindəki ev oyununda “Qarabağ” “İnter”i məğlub edə bilmişdi - 1:0. Amma Bakıda baş tutan görüşlərin hər ikisi sülhlə başa çatıb - 0:0 və 1:1. Bu üzdən də paytaxt klubu eyni zamanda qələbəsizlik sindromuna da son qoymağa çalışacaq.
 
Günün daha bir prinsipial görüşü Lənkəranda baş tutacaq. Burda da “Xəzər Lənkəran” “Qəbələ”ni məğlub etməyə çalışacaq. Hazırda ikinci pillədə qərarlaşan “ağ-yaşıllar”a Avroliqaya vəsiqəni rəsmiləşdirmək üçün sadəcə 1 qələbə kifayətdi. Bu üzdən də onlar son turun “Qarabağ”la oyununu gözləmədən vəsiqənin taleyini məhz bu görüşdə həll etməyə çalışacaqlar. Fatih Kavlakın komandasında isə avrokuboklara yollanmaq şansları olsa da, çox azdı. Lakin istənilən halda bu iki iddialı klubun da gərgin mübarizə vəd edən qarşıdurmasına şahidlik etmək mümkün olacaq.
 
“Xəzər Lənkəran” bu mövsüm təsnifat mərhələsində “Qəbələ”ni doğma meydanda məğlub etməyi bacarmışdı - 2:1. Qəbələdə keçirilən görüşlərdən birində meydan sahibləri 2:1 hesabıyla üstün olmuşdusa, final mərhələsindəki görüşdə qəbələlilər “Xəzər Lənkəran”a 0:1 hesabıyla məğlub olmuşdular. Bu dəfə necə olacağı isə maraqla gözlənilir.
 
İlk altılıq çərçivəsindəki bəlkə də heç bir əhəmiyyət kəsb etməyən görüş “Bakı” ilə artıq çempionluğunu rəsmiləşdirmiş “Neftçi” arasında baş tutacaq. Qeyd edək ki, bu klubların bu mövsüm üçün demək olar ki, heç bir iddiası qalmayıb. “Ağ-qaralar” çempionluqlarını rəsmiləşdirdiyindən son oyunlarda aparıcı futbolçularına istirahət verməyi düşünür. “Bakı” isə kubokun finalına vəsiqə qazanmaqla Avropa Liqasına gedəcəyini dəqiqləşdirib. Bu üzdən də qarşılaşma tam formal xarakter daşıyır və tərəflər öz imicləri üçün mübarizə aparacaqlar. Yeganə maraqlı məqam kimi bu iki klubun bu ay həm də kubokun finalında üz-üzə gələcəkləridi.
 
Xatırladaq ki, “Neftçi” bu mövsüm “Bakı” ilə keçirdiyi hər üç oyunda qələbə qazanıb. Təsnifat mərhələsində evdə 1:0, səfərdə 3:1 hesablarıyla üstün olan Böyükağa Hacıyevin komandası final mərhələsində də 2:1 üstün olmuşdular. Amma bu dəfə “zolaqlılar” heç də optimal heyətlə mübarizə aparmayacaq rəqiblə görüşdə sözügedən sindroma son qoya bilər.
 
Turun qalan görüşləri isə bazar günü ikinci altılıq klubları arasında keçiriləcək. “Simurq” bu mövsümkü son ev oyununda “Rəvan”la qarşılaşacaq. “Kəpəz” qərb derbisində “Turan”ı qəbul edəcək. Sonuncu pillədə qərarlaşan “Sumqayıt” isə ikinci altılığa başçılıq edən AZAL-dan üstün olmağa çalışacaq.
 
Premyer Liqa
31-ci tur
5 may (şənbə)
 
Xəzər Lənkəran – Qəbələ
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Rüfət Hüseynov.
Lənkəran. Şəhər stadionu.
 
Qarabağ – İnter
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Kərim Ağayev.
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu.
 
Bakı – Neftçi
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
 
6 may (bazar)
 
Simurq – Rəvan
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Gülağa Cabarov.
Zaqatala. Şəhər stadionu.
 
Kəpəz – Turan
AFFA nümayəndəsi: Vaqif Məmmədov.
Hakim-inspektor: Səfər Haşımov.
Gəncə. Şəhər stadionu.
 
Sumqayıt – AZAL
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Akif Məmmədov.
Bakı. Dalğa Arena.
 
1
Neftçi
30
20
3
7
55 - 27
28
63
2
Xəzər L
30
16
7
7
39 - 26
13
55
3
İnter
30
15
8
7
28 - 20
8
53
4
Qarabağ
30
14
8
8
35 - 24
11
50
5
Qəbələ
30
14
6
10
41 - 31
10
48
6
Bakı
30
14
5
11
40 - 35
5
47
 
1
AZAL
30
11
8
11
43 - 43
0
41
2
Rəvan
30
9
10
11
35 - 36
-1
37
3
Simurq
30
7
9
14
25 - 40
-15
30
4
Kəpəz
30
8
5
17
33 - 53
-20
29
5
Turan
30
6
7
17
25 - 39
-14
25
6
Sumqayıt
30
5
6
19
24 - 49
-25
21
 
Bombardirlər:
16 - Bahodir Nasimov (Neftçi)
11 - Yuri Fomenko (Kəpəz)
10 – Tales Şütz, Zohair Benuahi (hər ikisi AZAL), Flavinyo (Neftçi).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.