5 may 2012 11:35

Premyer Liqa, 31-ci tur: Vladislav Qədirovun proqnozu

“Rəvan”ın sabiq baş məşqçisi Vladislav Qədirov Premyer Liqanın 31-ci turunun oyunları ərəfəsində azerisport.az saytı üçün proqnozlarını açıqlayıb.
 
Xəzər Lənkəran – Qəbələ
Ağır oyun olacaq. Düzünü deyim ki, “Qəbələ” bu rəqibinə son oyunda uduzduğundan, onların Lənkərandakı oyuna daha güclü motivasiya ilə çıxacağını gözləyirəm. Buna görə də heç-heçəyə üstünlük verirəm.
 
Qarabağ – İnter
Burda çox şey həll olunacaq. “Qarabağ”ın avrokuboklara getmək yolunda son şansıdı. Şübhəsiz ki, çox çətin qarşılaşma olacaq. Amma heyətinə görə mən ağdamlıların qələbə qazanacağını düşünürəm.

Bakı – Neftçi
Hesab edirəm ki, “Neftçi” bu oyuna əsasən gənc futbolçularını buraxacaq. Komanda hədəfinə çatdığından son oyunlarda gənclərin özünü göstərməsinə, təcrübə toplamalarına şans yaradacaq. “Bakı”nın isə daha üst pillələrə çıxmaq üçün xala ehtiyacı var. Odu ki, “Bakı”nın qələbə qazanacağını düşünürəm.

Simurq – Rəvan
Bu da asan oyun olmayacaq. Amma heyətinə, sərgilədiyi oyununa görə “Rəvan”ın qələbə qazanacağını düşünürəm. Heç-heçə də mümkündü. 70 faiz “Rəvan”, 30 faiz “Simurq”un qələbə qazanmaq şansı var.

Kəpəz – Turan
Bu komandalar arasındakı qarşılaşmalar həmişə gərgin keçir. Amma mən hesab etmirəm ki, “Kəpəz” doğma meydanda məğlub olsun. Ona görə də üç xalın gəncəlilərə qismət olacağını düşünürəm.

Sumqayıt – AZAL
Bu oyuna da proqnoz vermək çox çətindi. Məncə ya heç-heçə olacaq, ya da “Sumqayıt” qələbə qazanacaq.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.