5 may 2012 00:26
“Azərbaycan yığması sürprizləri sevir”
Futbol üzrə Azərbaycan yığmasının və “Xəzər Lənkəran”ın hücumçusu Branimir Subaşiç bu ay milli komandamızla yoldaşlıq oyunu keçirəcək Yaponiya ilə qarşılaşmadan danışıb. Vaxtilə Çində top qovmuş millimizin üzvü azerisport.az saytına müsahibəsində öncə bunları dilə gətirib:
“Əvvəla onu deyim ki, mən Yaponiya ilə yoldaşlıq oyunu keçirəcəyimizi eşidəndə çox təəccübləndim. Bu komandanın böyük təcrübəsi var və Alberto Zakkeroni kimi əla mütəxəssis tərəfindən çalışdırılır. Aparıcı futbolçuları Avropanın bir sıra qabaqcıl çempionatlarında çıxış edirlər. Lakin təbii ki, Yaponiya bizim üçün çox yaxşı rəqibdi. Düzü Çində oynadığım dövrdə Yaponiya klublarından heç biriylə qarşılaşmamışam. Amma Koreya “Seul”u ilə görüş yadımdadı. Orda oyun stilləri bir-birinə oxşardı. Onlar topla, yerlə oynamağı sevirlər. Fikrimcə, bizə heç də asan olmayacaq. Eyni zamanda da belə rəqiblə görüş çox xoş olacaq. Yaponlar kifayət qədər texnikalı və cəlddilər. Ola bilər ki, Azərbaycan futboluna da oxşarlıqları var. Mənə elə gəlir ki, yaponların heyətində daha çox Keysuke Hondanı vurğulamaq olar. Əlbəttə, Şinzi Kaqava da var”.

Subaşiç ağır mövsümdən sonra baş tutacaq Yaponiya, eləcə də Andorra ilə görüşlərin asan olmayacağını bildirir: “Əlbəttə, oyunçular uzun marafondan sonra yorğun olacaqlar. Amma bu, yığmadı. Biz ələ düşən şansdan maksimum yararlanıb Yaponiya ilə oyunda özümüzü göstərməliyik. Bunun üçün hətta uzun uçuşlara da hazırıq. Andorra isə bizə tanış rəqibdi. Onlarla ilk oyunumuzu da xatırlayıram. 2:1 hesabıyla qalib gəldiyimiz görüşdə qollardan birini də mən vurmuşdum. İndi onların komandasının nə dərəcədə dəyişdiyini bilmirəm. Bu iki oyunda nəyə nail ola bilərik? Bax bunu heç kim deyə bilməz. Azərbaycan yığması sürprizləri sevir. Biz istənilən rəqibi məğlub edə bilərik. Amma eyni dərəcədə də çox pis oynaya bilərik. Bizim komandanın oyununu öncədən proqnozlaşdırmaq çox çətindi”.