5 may 2012 12:31

İdman Araşdırmalar Mərkəzi klublarımıza və futbolçulara müraciət etdi

İdman Araşdırmalar Mərkəzindən açıqlama yayıb. Azerisport.az həmin açıqlama ilə sizi də tanış edir:

“Azərbaycanda futbol mövsümünün sonlarında öz klubları ilə müqaviləsi başa çatmaqda olan bəzi futbolçuların adları başqa komandalarla birgə hallanmağa başlayıb. Onların arasında milli komandamızın üzvləri də var. Belə hallar onsuz da əsəblərin tarıma çəkildiyi həlledici məqamda futbolçu ilə müqavilə üzrə məxsus olduğu klub və həmçinin, oyunçunun hazırkı və keçmək istədiyi klublar arasında problemlərə yol açır. Bütün bunlar son nəticədə futbolumuzda mənəvi-psixoloji aşınma meyllərinin qarşısını almaqdansa, prosesə daha da təkan verir.   
 
Aparıcı futbol ölkələrində hər bir klub müqaviləsi başa çatmaqda olan oyunçusu ilə mövsümün ortalarında danışıqlar stolu arxasında oturaraq, onun gələcəyinə aydınlıq gətirir. Premyer Liqada mübarizə aparan əksər klublarımız isə, araşdırmalar göstərir ki, yalnız mövsümün sonunu gözləməyə üstünlük verir. Bu da çıxış etdiyi komandada gələcək taleyi qeyri-müəyyən olan futbolçunu özünə yeni klub axtarmağa sövq edir.
 
İdman Araşdırmalar Mərkəzi klubları və futbolçuları həm bir-birinə, həm də azarkeşlərə qarşı sayqılı davranmağa, futbolumuzdakı mənəvi-psixoloji aşınmaya yol aça biləcək addımlar atmamağa çağırır”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.