5 may 2012 00:42
İnter Qarabağla oyuna hazırdı (FOTOREPORTAJ)
Premyer Liqanın 31-ci turu çərcivəsində Ağdamın "Qarabağ" komandasıyla qarşılaşacaq "İnter" hazırlıqlarını tamamlayıb. Azerisport.az xəbər verir ki, Mingəçevir şəhərində yerləşən "River Side" otelində məskunlaşan komanda Rəşad Məmmədzadə adına şəhər stadionunda son məşqinə çıxıb.
Qeyd edək ki, "Qarabağ" – “İnter" qarşılaşması bu gün Quzanlıda keçiriləcək və saat 17:30-da başlayacaq.
