5 may 2012 00:53
Araz Abdulllayev üçün 3 yoxlama matçı
Futbol üzrə gənclərdən ibarət Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin şərəfini qoruduğu Yunanıstanın “Panionios” klubu may ayında 3 yoxlama matçı keçirməyi planlaşdırır. Azerisport.az xəbər verir ki, artıq komanda rəqiblərindən birini müəyyənləşdirib.
Belə ki, Afina klubu “Levadiakos”la qarşılaşacaq. “Panionios” bu komanda ilə mayın 4-də və 10-da üz-üzə gələcək. Daha bir görüş isə mayın 16-da baş tutacaq. Lakin həmin oyundakı rəqibin kimliyi hələlik dəqiq bilinmir.
Maraq üçün xatırladaq ki, “Panionios”da icarə əsasında çıxış edən və müqavilə ilə İngiltərənin “Everton” klubuna məxsus olan Arazın gələcək karyerasını harda davam etdirəcəyi hələlik dəqiqləşməyib.
