6 may 2012 02:08
Aleksandar Soliç 100-ü haqladı (VİDEO)
"Bakı" futbol klubunun xorvatiyalı yarımmüdafiəçisi Aleksandar Soliç "Qarabağ"la səfər oyununda Premyer Liqada 100-cü oyununu keçirib. Azerisport.az xəbər verir ki, 2009-cu ildən "Bakı"nın formasını geyən Soliç “Neftçi” ilə oyunda iştirak etməsə də, meydanda idi.
Oyundan əvvəl "Bakı" futbol klubunun icraçı direktoru Yaşar Seyidov klub rəhəbərliyi və azarkeşlər adından yubilyara "Soliç-100" yazılmış forma və klubun xüsusi hədiyyəsini təqdim edib.
Diqqətə görə təşəkkürünü ifadə edən "Şola" fikirlərini klub TV izləyiciləri ilə bölüşüb.
