6 may 2012 15:16

Elnur Allahverdiyev: İstərdim ki, Avroliqaya Qarabağ getsin

“Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev Premyer Liqanın 31-ci turunun “Qəbələ” ilə oyunundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- “Qəbələ” ilə oyunda favorit hesab edilsəniz də, qələbə qazana bilmədiz...
- Evdə oynadığımızdan qələbə qazanmağa borclu idik. Birinci hissədə bizim çox yaxşı qol vəziyyətlərimiz oldu. Amma biz onlardan yararlana bilmədik. İkinci hissədə qol vurduqdan sonra əmin idim ki, uduzmayacağıq. Lakin təəssüf ki, nəticədə bəxtimiz gətirmədi. “Qəbələ” azlıqda qalsa da, hesabı bərabərləşdirə bildi. Futbolda ələ düşən şanslardan mütləq yararlanmaq lazımdı. Onları məğlub edə bilsəydik, Avropa Liqasına vəsiqəni təmin etmiş olacaqdıq. Lakin hər şey son tura qaldı. Amma rəqibin də oyununu qeyd etmək lazımdı. “Qəbələ” çox yaxşı oyun sərgilədi. Eybi yox. “Qarabağ”la oyuna istəyimizə çatarıq.
 
- “Qarabağ”la oyundan nə gözləyirsiz?
- Bu oyuna ciddi yanaşmalıyıq. Məqsədimiz “Qarabağ”ı məğlub etməkdi. Əlbəttə, heç-heçə də bizi ikinci pillədə saxlaya bilər. Amma biz qələbəyə oynayacağıq. “Qarabağ” həmişə çətin zamanda toparlanmağı bacarır. Məhz bu üstünlüyü sayəsində “Qarabağ” istənilən rəqibini məğlub edə bilər. Şübhəsiz ki, çox çətin oyun olacaq. Çünki onlara da ancaq qələbə lazımdı ki, Avropa Liqasına vəsiqə qazansınlar.
 
- Bu oyunda Avropa Liqasına gedəcək komandalarımızın taleyinə də aydınlıq gəlməlidi...
- Bizim üçün daha çox “Xəzər Lənkəran”ın taleyi maraqlıdı. Digər komandaların problemləri bizi maraqlandırmır. Odu ki, biz ancaq qələbəyə oynayacağıq. Eyni zamanda “Qarabağ”a simpatiyamı da gizlətmirəm. İstərdim ki, avrokuboklara məhz “Qarabağ” getsin. “İnter”ə də hörmətim var. Amma “Qarabağ”ın heyətində yığma üzvləri çıxış edirlər. Qurban Qurbanovun komandası son üç mövsümdə uğurlu nəticələri ilə hamımızı sevindirməkdədi. Onlar bu turnirdə çıxış etməyə layiqdilər.

- Sizcə, Rəşad Sadiqovun gedişi onların çıxışına nə dərəcədə təsir göstərə bilər?
- Futbolda belə şeylər olur. İstənilən futbolçu mövsümün sonunda komandanı tərk edə bilər. Əlbəttə, bu, vacib oyun öncəsi baş verəndə kollektivə mənfi təsir göstərir. Sadiqov yaxşı, təcrübəli futbolçudu. Amma əminəm ki, onun gedişi “Qarabağ”a təsir göstərməyəcək. Orda Rəşadı əvəzləyəcək futbolçular var.
 
- “Xəzər Lənkəran” hazırkı oyunla avrokuboklarda uğurlu nəticəyə ümid edə bilərmi?
- Məşqçilər korpusu hazırda mövcud problemlərin həlli ilə məşğuldular. Bizə bəzi mövqeləri gücləndirmək lazımdı. Şübhəsiz ki, avrokuboklarda işimiz daha çətin olacaq. Həm də XL hələ indiyə qədər qitə miqyaslı turnirlərdə mərhələ keçə bilməyib. Ona görə də biz bu dəfə daha uğurlu çıxış etmək üçün əlimizdən gələni etməliyik.
 
- XL-la müqavilənizi yenilədiniz. Başqa təkliflər var idimi?
- İki-üç klub təklif ünvanlasa da, onların adlarını açıqlamaq istəməzdim. Həmin komandaların hamısı medallara oynayırlar. Amma mən həmişə demişəm ki, Lənkəranda məni sevirlər və buna görə də heç bir yerə getməyə hazırlaşmıram. Həm də baş məşqçi Yunis Hüseynov mənim komandada qalmağımı istədiyini bildirdi. Klub prezidenti də mənim qalmağımı istəyirdi. Mən özüm də şadam ki, belə klubda çıxış edirəm. Yeni müqaviləm 2014-cü ilə qədərdi.
 
- Mövsüm başa çatan kimi yığmamız Yaponiya və Andorra ilə yoxlama oyunları keçirmək üçün təlim-məşq toplanışına yollanacaq...
- Etiraf edim ki, hamımız yorulmuşuq. Mövsümün sonunda istirahət etmək istəyirik. Amma yığmada oynamaq borcumuzdu. Həm də futbol bizim işimizdi. Qarşıdakı rəqiblərimizə gəlincə, Yaponiyaya qarşı oynamaq çox xoş olacaq. Bu, Asiyanın ən güclü komandalarından biridi. Biz bu görüşdə maksimum gücümüzlə oynamalıyıq. Amma Yaponiya yığmasından qorxmaq lazım deyil. Əgər bəxtimiz gətirsə, biz də qələbə qazana bilərik. Dünyada elə bir komanda yoxdu ki, onu məğlub etmək mümkün olmasın. Andorra ilə oynamışıq, bu komandanı tanıyırq. Fikrimcə, hər iki oyun xeyrimizə olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.