6 may 2012 19:57
Karvan çempiona uduzdu, Neftçala ikinci oldu
Futbol üzrə Azərbaycan birinci divizionunda 29-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turun bütün oyunları eyni gündə baş tutub.
“Lokomotiv” – “Tərəqqi”, eləcə də “Şuşa” – MOİK qarşılaşmaları qollu heç-heçə qeydə alınıb. “MKT Araz – “Energetik” görüşündə hesab açılmayıb.
"Şahdağ” “Göyəzən"i darmadağın edib. “Karvan”ın qonağı olan çempion “Qaradağ Lökbatan” bu dəfə də qələbə qazanıb. Bundan maksimum yararlanan “Neftçala” isə “Bakılı” üzərində qələbə sayəsində ikinci pilləyə yüksəlib.
Birinci divizion
29-cu tur
6 may (bazar)
Lokomotiv – Tərəqqi – 1:1
Qollar: Adil İbrahimov, 25 - Rəhman Əzizov, 16-pen.
Hakimlər: Ramil Əhmədov, Rəşad Abbasov, Amil Qasımov, Sərxan İsmayılov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
Şahdağ – Göyəzən – 5:1
Qollar: Kamran Məmmədov, 3; 54, Zahid Tayıbov, 42; 71; 89 - Anar İmanquliyev, 67.
Hakimlər: Tağı Məmmədov, Fuad Mehrəliyev, Qəzənfər Abbasov, Ağaəli Əlizadə.
Qusar. Şövkət Orduxanov adına şəhər stadionu.
Şuşa – MOİK – 2:2
Qollar: Pərviz Şahbazov, 48, Cavidan Ağayev, 76 - Nail Bəşirli, 13, Rafael Qəvami, 57.
Hakimlər: Səbayel Qurbanova, Yuliya Larionova, Rəvan Həmzəzadə, Anar Fərəcov.
Bakı. "Şəfa" stadionu. 4-cü meydança.
Karvan – Qaradağ Lökbatan – 0:2
Qollar: Novruz Ələkbərov, 57; 87.
Hakimlər: Elnur Muradov, Habil Əliyev, Elşən Məmmədov, Yusif Hüseynov.
Yevlax. Şəhər stadionu.
MKT Araz – Energetik – 0:0
Hakimlər: Ceyhun Haşımov, Akif Əmirəli, Əli Məmmədov, Mahir Məmmədov
İmişli. Heydər Əliyev adına şəhər stadionu.
Neftçala – Bakılı – 2:0
Qollar: Elnur Abbasov, 34, Aslan Hüseynov, 65.
Hakimlər: Anar Niyazov, Şakir Quliyev, Elşən Durmuşov, Namiq Süleymanov
Neftçala. Rayon stadionu.
1
25
21
2
2
45-8
65
