6 may 2012 20:08
“Premyer Liqada qalmağımızı rəsmiləşdirdik”
“Kəpəz”in baş məşqçisi Fuad İsmayılov Premyer Liqanın 31-ci turunun “Turan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı komandasının 2:1 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“Gərgin oyun oldu, lakin qələbə qazana bildik. Növbəti mövsüm üçün Premyer Liqada qalmağımızı rəsmiləşdirdik”.
