6 may 2012 20:13
Bəhmən Həsənov: Nəticə oyuna görə oldu
“Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov Premyer Liqanın 31-ci turunun “Simurq”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 1:1 hesablı heç-heçəyə razılaşdığı görüşlə bağlı bunları dilə gətirib:
“Nəticə oyuna görə oldu. Ancaq, fikrimcə, bizim qapımıza penalti təyin olunan epizodda qarşı tərəfə cərimə zərbəsi verilməli idi”.
