6 may 2012 20:17
“Yağışın yağması oyunda intriqa yaratdı”
“Simurq”un baş məşqçisi Georgi Çixradze Premyer Liqanın 31-ci turunun “Rəvan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun gürcüstanlı çalışdırıcısı komandasının 1:1 hesablı heç-heçəyə razılaşdığı görüşlə bağlı bunları dilə gətirib:
“Təhlükəli hücumlar yaratdıq, qol vurduq. Yağışın yağması oyunda intriqa yaratdı. Oyunun sonlarında penalti vura bilmədik, lakin komandanın oyunundan razıyam”.
