6 may 2012 20:38
Vaqif Sadıqov: Bu gün bir daha bunun şahidi olduq
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Premyer Liqanın 31-cu turunun “Sumqayıt”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 0:1 hesabıyla məğlub olduğu görüşlə bağlı bunları dilə gətirib:
“Bu gün gözəl oyunun şahidi olduq. “Sumqayıt” həmişə oyunun sonuna kimi mübarizə aparan komandadır. Bu gün bir daha bunun şahidi olduq. İkinci hissənin əvvəllərindən bəlli oldu ki, ilk qolu kim vuracaqsa, qələbəni də həmin komanda qazanacaq. Bunu da “Sumqayıt” bacardı”.
