6 may 2012 20:45
“Bu gün qələbə qazanmaq bizim üçün çox böyük önəm kəsb edirdi”
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Premyer Liqanın 31-ci turunun AZAL-la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Sumqayıt klubunun almaniyalı çalışdırıcısı komandasının 1:0 hesablı qələbəyə sevindiyi görüşlə bağlı bunları dilə gətirib:
“Bu gün qələbə qazanmaq bizim üçün çox böyük önəm kəsb edirdi. Qələbə münasibətilə futbolçularımı təbrik edirəm. Futbolçularımdan razı qaldım. Mövsümün son oyununda da komandamdan qələbə və gözəl oyun gözləyirəm”.
