7 may 2012 00:06

İntriqa son tura qaldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 31-ci tura yekun vuruldu. Azerisport.az xəbər verir ki, son oyun günündə üç oyun baş tutdu ki, onların da hamısı ikinci altılıq komandaları arasında keçirildi.
 
İkinci altılığın liderliyi uğrunda mübarizə aparan AZAL sonuncu pillədən qurtulmağa çalışan “Sumqayıt”ın qonağı oldu. Vaqif Sadıqovun komandası bu qarşılaşmada qələbə qazanacağı halda əsas izləyicisi “Rəvan”dan daha da aralana bilərdi. Amma Premyer Liqanın aşkar autsayderi olan Sumqayıt klubu bakılıların bu arzusunu gözündə qoydu. Nəticədə, gənclik şəhəri təmsilçisi mövsümü son pillədə bitirməmək şanslarını mövsümün qapanış turuna saxladı.
 
Buna isə daha çox “Turan”ın məğlubiyyəti səbəb oldu. Çünki “Turan” bu tur qələbə qazanacağı halda “Sumqayıt”ın mövsümü son pillədə bitirməsini rəsmiləşdirə bilərdi. Amma qərb derbisində meydan sahibləri qələbəyə sevinən tərəf oldular. Bu məğlubiyyət Tovuz təmsilçisinin “Sumqayıt”la 11-ci pillə uğrundakı mübarizənin son tura qədər davam etməsinə şərait yaratdı. “Kəpəz” isə növbəti 3 xal sayəsində turnir cədvəlində bir pillə irəliləmək şansı qazandı.
 
Son dövrlər uğurlu çıxışı ilə diqqət çəkən “Simurq” isə 7-ci yer uğrunda mübarizə aparan “Rəvan”ı qəbul etdi. Oyunda hesabı erkəb qola imza atan meydan sahibləri açdılar. “Rəvan”ın qol axtarışları isə son dəqiqələrdə nəticə verdi. Nemanya Vidakoviç penaltini dəqiq yerinə yetirməklə komandasını məğlubiyyətdən xilas etdi. Bu heç-heçə daha çox paytaxt klubunun işinə yaradı. Çünki “sarı-qırmızılar” 7-ci pilləni tutmağa şanslarını qorumağı bacardılar. “Simurq” isə növbəti xal itkisi sayəsində bir pillə geriləmək məcburiyyətində qaldı.
 
Bu nəticələrdən sonra 7-ci yer uğrunda müburizə aparan AZAL-la “Rəvan” arasında fərq üçə endi. “Rəvan” 7-ci yeri tutmaq üçün son turda evdə “Sumqayıt”ı udmalı, AZAL isə doğma meydanda “Turan”ı yenməlidi. Çünki “Rəvan” şəxsi oyunlarda AZAL-dan üstündü. 9-cu yer uğrunda yarışan “Kəpəz”in 32, “Turan”ın 31 xalı var. Son turda “Kəpəz” “Simurq”u qəbul edəcək, “Turan”, AZAL-ın qonağı olacaq.
 
Qeyd edək ki, ilk “altılığ”ın oyunları şənbə günü keçirilmişdi. “Bakı” “Neftçi”ni 2:0, “Qarabağ” “İnter”i 1:0 hesabı ilə məğlub edib, “Xəzər Lənkəran” – “Qəbələ” oyununda qalib müəyyənləşməyib – 1:1.
 
Premyer Liqa
Final Mərhələsi
31-ci tur
6 may
 
KƏPƏZ – TURAN - 2:1 (1:0)
Qollar: Ceyhun Sultanov, 43-pen (1:0), Nadir Nəbiyev, 62 (1:1), Junivan Suares, 76 (2:1).
Sarı vərəqələr: Əli İsmayılov, 90+3 (rəqibə qarşı kobud oyun) – Fərmayıl Əliyev, 30 (rəqibə qarşı kobud oyun). Aleksandr Qoqoberişvili, 43 (bilərəkdən topa əllə oyun).
Hakimlər: Vüsal Əliyev, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Vaqif Məmmədov.
Hakim-inspektor: Səfər Haşımov.
Gəncə. Şəhər stadionu. 1500 tamaşaçı.
Kəpəz: 1. Xəyal Zeynalov, 4. Azər Məmmədov (k), 5. Əli İsmayılov, 8. Armand Feutçine (9. Ceyhun Əhmədov, 56), 10. Ceyhun Sultanov, 14. Dmitri Parxaçov (19. Zaur Əsədov,
36), 15. Şahin Kərimov, 17. Renat Sultanov, 18. Svejentsev Nikolay, 27. Pərvin Paşayev (23. Junivan Suares, 63), 30. Yuri Fomenko.
Ehtiyat oyunçular: 22. Tural Abbaszadə, 2. Nail Məmmədov, 3. Vasif Haqverdiyev,  25. İvan Arabacı.
Baş məşqçi: Fuad İsmayılov.
Turan: 1. Anar Nəzirov (k) (30. Ramil Kərimov, 46), 7. Fərmayıl Əliyev, 10. Nadir Nəbiyev, 11. Georgi Beriaşvili, 14. Aleksandr Qoqoberişvili, 18. Hafiz Əliyev, 20. Azər Məmmədov, 21. Rəşad Orucov, 24. Dan Pisla (19. Ruslan Abbasov, 67), 25. Muammer Erdoğdu, 32. Cavid Tağıyev.
Ehtiyyat oyunçular: 4. Seymur Tağıyev, 8. Asəf Qədiri, 6. Ruslan Namazov, 17. Rəşad Piriyev, 23. Qüvvət Əmrahov.
Baş məşqçi: Əsgər Abdullayev.
 
SUMQAYIT – AZAL - 1:0 (0:0)
Qol: Orxan Həsənov, 83 (1:0)
Sarı vərəqələr: Abdulla Abatsıyev, 29 (qeyri-idman hərəkəti). Ruslan Tağızadə, 87 (rəqibi tutduğuna görə). Orxan Həsənov, 87 (qeyri-idman hərəkəti) – Ervin Bulku, 41 (qeyri-idman hərəkəti). Şəhriyar Rəhimov, 58 (rəqibə badalaq). Zohair Benouahi, 87 (qeyri-idman hərəkəti).
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Nahid Əliyev, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Akif Məmmədov.
Bakı. “Dalğa Arena”. 135 tamaşaçı.
Sumqayıt: 23. Andrey Popoviç, 2. Slavik Alxasov, 3. Tərlan Quliyev, 4. Samir Abbasov (k), 11. Kamil Nurəhmədov (21. Murad Səttarlı, 65), 19. Orxan Əliyev, 22. Ruslan Tağızadə, 25. Murad Ağayev, 47. Abdulla Abatsiyev (8. Emin Mustafayev, 86), 76. Uğur Pamuk, 91. Ruslan Qurbanov (9. Orxan Həsənov, 79).
Ehtiyyat oyunçular: 1. Emil Balayev, 70. Şamil Camaləddinov.
Baş məşqçi: Bernhard Raab.
AZAL: 1. Amil Ağacanov, 2. Robert Petrov, 3. Usim Nduka (k), 7. Tərlan Xəlilov (10. Nuqzar Kvirtiya, 61//15. Georgi Boqyu, 83), 8. Ervin Bulku, 11. Zohair Benouahi, 14. Orxan Səfiyarov (9. Elşən Məmmədov,  75), 13. Şəhriyar Rəhimov, 16. Branislav Arsenijeviç, 23. Tales Şütz, 25. Tural Nərimanov.
Ehtiyat oyunçular: 85. Həsən Ağacanlı, 6. Mindaugas Daunoraviçius, 19. Hüseyn Axundov, 21. Rasif Səfiyarov.
Baş məşqçi: Vaqif Sadıqov.
 
SİMURQ – RƏVAN - 1:1 (1:0)
Qollar: Rasim Ramaldanov, 8 (1:0), Nemanya Vidakoviç, 85 (1:1).
İstifadə olunmamış penalti: İqor Tarasov, 89 - Nemanya Vidakoviç, 85.
Sarı vərəqələr: İlkin Qırtımov, 56 (qeyri-idman hərəkəti). Mikayıl Rəhimov, 79 (qeyri-idman hərəkəti). Dmitri Kramarenko, 85 (qeyri-idman hərəkəti) -Samuel Barlay, 22 (qeyri-idman hərəkəti); 90+3 (qeyri-idman hərəkəti). Kristian Torres, 60 (qeyri-idman hərəkəti). Ekrem Hodziç, 70 (qeyri-idman hərəkəti). Natiq Kərimi, 86 (qeyri-idman hərəkəti). Amid Hüseynov, 88 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Samuel Barlay, 90+3 (qeyri-idman hərəkəti).
Hakimlər: Fuad Həsənov, Vaqif Musayev, Rahil Ramazanov, Elçin Məmmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Gülağa Cabarov.
Zaqatala şəhər stadionu. 500 tamaşaçı.
Simurq: 32. Dmitri Kramarenko, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k) (17. Rüstəm Məmmədov, 64), 4. Vasili Yanatovski, 7. Ruslan Poladov, 8. Qərib İbrahimov, 13. Aleksandr Şemonayev, 19. Anatoli Doroş (23. Ruhid Usubov, 87), 29. İqor Tarasov, 77. Daniel Genov (6. Mikayıl Rəhimov, 78), 79.Vidas Alunderis.
Ehtiyyat oyunçular: 1. Fuad Əhmədov, 10. Tofiq Mikayılov, 15. Nicat Qurbanov, 21. Emin Cəfərquliyev.
Baş məşqçi: Georgi Çixradze.
Rəvan: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç, 6. Taqim Novruzov, 8. Tural Axundov, 9. Vüsal Qarayev (22. Amid Hüseynov, 76), 10. Nemanya Vidakoviç (21. Ceyhun Abdullayev, 90+2), 11. Şerif Suma, 17. Ramazan Abbasov, 18. Samuel Barlay, 20. Kristian Tores (5. Natiq Kərimi, 62).
Ehtiyyat oyunçular 99. Murad Qənbərov,  13. Fərid Həşimzadə, 24. Hüseyn İsgəndərov, 90. Sergey Çernışev.
Baş məşqçi: Bəhmən Həsənov.
 
1
Neftçi
31
20
3
8
55 - 29
26
63
2
Xəzər L
31
16
8
7
40 - 27
13
56
3
Qarabağ
31
15
8
8
36 - 24
12
53
4
İnter
31
15
8
8
28 - 21
7
53
5
Bakı
31
15
5
11
42 - 35
7
50
6
Qəbələ
31
14
7
10
42 - 32
10
49
 
1
AZAL
31
11
8
12
43 - 44
-1
41
2
Rəvan
31
9
11
11
36 - 37
-1
38
3
Kəpəz
31
9
5
17
35 - 54
-21
32
4
Simurq
31
7
10
14
26 - 41
-15
31
5
Turan
31
6
7
18
26 - 41
-15
25
6
Sumqayıt
31
6
6
19
25 - 49
-24
24
 
Bombardirlər:
16 - Bahodir Nasimov (Neftçi)
11 - Yuri Fomenko (Kəpəz)
10 – Tales Şütz, Zohair Benuahi (hər ikisi AZAL), Flavinyo (Neftçi).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.