6 may 2012 11:46
Mirhüseyn Seyidov: Özümüzü avrokuboklarda göstərmək zamanıdı
“Neftçi”nin yarımmüdafiəçisi Mirhüseyn Seyidov Premyer Liqanın 31-ci turunun “Bakı” ilə oyunundan (0:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- “Neftçi” yeni çempion kimi ilk məğlubiyyətini aldı. Üzücü olmadı ki?
- Bu oyun bizim üçün o qədər də vacib əhəmiyyət daşımırdı. Buna görə də baş məşqçimiz əsasən yerli və gənc futbolçulara güvənmişdi. Amma buna baxmayaraq, biz meydana məğlub olmaq üçün çıxmamışdıq. Əlimizdən gələni etdik ki, layiqli mübarizə aparaq.

- Lakin hər halda “Neftçi” əvvəlki oyunlardakı komandaya oxşamırdı...
- Mən sizinlə razı deyiləm. Biz çalışdıq, oynadıq. Unutmayın ki, biz bu mövsüm onları üç dəfə məğlub etmişdik. Axı onların da qələbə qazanmaq hüquqları var. Məğlub olmağımıza baxmayaraq, oyun bizim üçün o dərəcədə çətin alınmadı.
- Premyer Liqa ilə bu oyun mövsümün son qarşılaşması olsa da, kubokun finalında daha bir dəfə üz-üzə gələcəksiz...
- Komandaların demək olar ki, heç biri bu oyunda əsas heyətlə mübarizə aparmırdı. Amma buna baxmayaraq, rəqib görünür qələbəni daha çox arzulayırmış. Kubokun finalında isə tam fərqli mübarizə olacaq.
- Hesab etmirsiz ki, meydana çıxmayan komanda yoldaşlarınız oyun təcrübəsini itirə bilərlər?
- Əgər bu, mövsümün ortalarında baş versəydi, ola bilərdi. Amma indi mövsümün sonudu. Onlar isə daha çox istirahət qazanmaq üçün meydana çıxmırlar. Çünki kubokun finalındakı oyun hətta 120 dəqiqə də çəkə bilər.

- 20 yaşınız olsa da, bu gün “Neftçi”nin ən təcrübəli futbolçularından biri sayılırdınız...
- Həqiqətən belə idi. Komanda yoldaşlarımdan nisbətən təcrübəli olduğumu meydanda da göstərmək üçün çalışırdım.
- Bu yaşınızda çox şeyə nail ola bilmisiz...
- Doğrudanda bu, mənim üçün böyük uğurdu. Amma daha çox sevinmək üçün kuboku da qazanmaq istərdim. Qoy kolleksiya tam olsun (gülür).
- Bu, sizin ağlınızı başınızdan almaz ki?
- Mən qazandıqlarımla kifayətlənmək fikrində deyiləm. Ölkə çempionu adını qazanmaq yaxşıdı. Amma artıq özümüzü avrokuboklarda göstərmək zamanıdı.
- Mən qazandıqlarımla kifayətlənmək fikrində deyiləm. Ölkə çempionu adını qazanmaq yaxşıdı. Amma artıq özümüzü avrokuboklarda göstərmək zamanıdı.