7 may 2012 00:50
Yığmamızın forvardı "fərqləndi", komandası məğlub oldu (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərov Latviya çempionatında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, o, ölkə çempionatının 8-ci turu çərçivəsində “Metta” ilə görüşün iştirakçısı olub.
Qarşılaşma rəqib meydanında keçirilib. Buna baxmayaraq, liepayalılar çətin səfər matçında autsayder rəqibini məğlub etməyi hədəfləmişdilər. Lakin maraqlıdı ki, "Metallurg" bu dəfə də autsayderə məğlub olublar. Artıq bu mövsüm iki dəfə sonuncu pillədə gedən rəqiblərinə uduzan həmyerlimizin komandası bu dəfə də "Metta"nı sevindirib - 1:4.
Qeyd edək ki, Liepaya klubu hazırda 8 oyundan sonra 13 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb və ehtiyatda bir oyunu var. “Metta” isə 6 xalla sonuncu pillədə gedir.
Son turda cari mövsüm ilk qoluna imza atan Vüqar bu dəfə də meydana çıxıb. Hesab 0:2 olarkən - 59-cu dəqiqədə meydana çıxan millimizin üzvü sadəcə 77-ci dəqiqədə sarı vərəqə almaqla "fərqlənə" bilib.
Latviya çempionatı
9-cu tur
6 may
Metta - Metallurg - 4:1
