6 may 2012 18:49
Cihan Özkara oynamadı, komandası uduzdu (YENİLƏNİB)
Futbol üzrə Azərbaycanın gənclərdən ibarət yığmasının hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu "Sivasspor" bu gün Türkiyə Super Liqasında növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, millimizin üzvünün çıxış etdiyi komanda qardaş ölkə çempionatının final mərhələsində “Bursaspor” ilə görüşüb.
Qarşılaşma rəqib meydanında keçirilib. Bu üzdən də Cihanın komandasını çox çətin sınaq gözləyirdi. Gözlənildiyi kimi, görüş bursalıların üstünlüyü şəraitində keçib və meydan sahibləri "Sivasspor"u məğlub yola salıblar.
Baş məşqçi Rza Çalımbay bu oyunda Cihana yenə şans verməyib. Millimizin üzvü əvvəlki oyunlarda olduğumu kimi, bu dəfə də ehtiyatda qalıb.
Türkiyə Super Liqası
Super Final
Avroliqa qrupu
6 may
Bursaspor - Sivasspor - 2:0 (1:0)
Qol: Turqay Bahadır, 45; 48
