7 may 2012 13:06
Belçikada da çempion bəlli oldu
Futbol üzrə Belçika çempionatında cari mövsümün çempionu müəyyənləşib. Azerisport.az xəbər verir ki, mövsümün başa çatmasına 2 tur qalmış rəqibləri üçün əlçatmaza çevrilən “Anderlecht” növbəti çempionluğunu bayram edib.
Ötən gün “Brugge” ilə 1:1 hesablı bərabərlik “Anderlecht”in qızıl medalları təmin etməsi üçün yetərli olub. Beləliklə, sözügedən komanda 2 illik fasilədən sonra yenə Belçikanın ən güclüsü adını qazanıb.
Maraq üçün sonda onu da qeyd edək ki, “Anderlecht”in UEFA Çempionlar Liqasındakı taleyi bu il baş tutacaq final matçından böyük ölçüdə asılıdı. Məsələ burasındadı ki, bu ay keçiriləcək ÇL-in “Bayern” (Almaniya) – “Chelsea” (İngiltərə) finalında almanlar qalib gələcəyi halda “Anderlecht” qitənin ən nüfuzlu turnirinə birbaşa vəsiqə qazanacaq. Kuboku “Chelsea” başı üzərinə qaldıracağı halda isə Belçika çempionu mübarizəyə sonuncu təsnifat mərhələsindən başlayacaq.
