7 may 2012 13:23
Panionios Neftçinin qərarını gözləyir
Yunanıstanın “Panionios” klubu Azərbaycan çempionu “Neftçi”yə müraciət edib. Azerisport.az xəbər verir ki, yunanlar müraciətlərində futbol üzrə Azərbaycanın gənclərdən ibarət yığmasının yarımmüdafiəçisi Araz Abdullayevlə müqavilənin artırılması ilə bağlı istəklərini çatdırıblar.
Belə ki, Afina klubu son mövsümdə icarə əsasında əməyindən yararlandığı həmyerlimizi növbəti mövsümdə də heyətində görmək istəyir. Amma hələlik “Neftçi” bu məsələ ilə bağlı yekun qərarını verməyib.
Qeyd edək ki, Abdullayev müqavilə ilə İngiltərənin “Everton” klubuna məxsusdu. Lakin onun transfer məsələlərində “Neftçi” də əsas söz sahiblərindən biridi.
