7 may 2012 14:17
Yunis Hüseynov: Bu fikirlə meydana çıxsaq, Avroliqasız qalacağıq
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov azerisport.az saytına müsahibəsində Premyer Liqanın 31-ci turunun “Qəbələ” ilə oyunundan (1:1), qarşıdakı “Qarabağ”la görüşdən, eləcə də avrokuboklara yollanmaq şanslarından danışıb.
- Azlıqda qalan və demək olar ki, heç bir motivasiyası qalmayan rəqibi məğlub etmənizə nə mane oldu?
- Mən bu cür yanaşma ilə razı deyiləm. “Qəbələ”nin də müəyyən şansları qalmaqda idi. Özü də mənim fikrimcə, rəqibimiz bizimlə oyuna çox ciddi hazırlaşmışdı.
- Mən bu cür yanaşma ilə razı deyiləm. “Qəbələ”nin də müəyyən şansları qalmaqda idi. Özü də mənim fikrimcə, rəqibimiz bizimlə oyuna çox ciddi hazırlaşmışdı.
- Bütün bunlar heç-heçəyə bəraət qazandırır?
- Şübhəsiz ki, yox. Bizim qələbə qazanmaq üçün kifayət qədər qol vəziyyətlərimiz var idi. Onlardan istifadə etmək lazım idi. Amma buna nail ola bilmədik. Özü də bu oyunda mənim üçün qaranlıq qalan iki məqam oldu. Birincisi, bizim qolumuzun sayılmadığı epizodu idi. Digəri isə rəqibin hesabı bərabərləşdirdiyi epizod. Topun qapı xəttini keçib-keçmədiyi barədə şübhəm var.
- Belə çıxır ki, hakimlikdən narazı qalmısız?
- Əksinə, hakimlikdən razı qaldım. Sadəcə, həmin yan xətt hakimi ilə bağlı sual yarandı. Çünki hər iki epizodla bağlı qərarı məhz o verdi. Amma mən hakimləri nədəsə günahlandırmıram. Əminəm ki, Hakimlər Komitəsi lazımı qərarı çıxaracaq.

- Bu oyunda qazanılan qələbə sizi Avropa Liqasına çıxaracaqdı...
- Bu heç-heçə bizim avrokuboklara yollanmaq şanslarımızı bir qədər çətinləşdirdi. Özümüz özümüzü belə vəziyyətə saldıq. İndi özümüz də vəziyyətdən çıxış yolu tapmalıyıq.
- Yəqin bilirsiz ki, “İnter” və “Qarabağ”la xallarınız bərabərləşəcəyi halda “Xəzər Lənkəran” avrokuboklardan kənarda qalacaq...
- Bəli bunu bilirəm. Amma belə bir şey olmayacaq. Təəssüf ki, mövsümün sonunda belə uğursuz çıxış etdik.
- “Xəzər Lənkəran”ı “Qarabağ”la oyunda heç-heçə də qane edəcək?
- Xeyr. Biz o fikirlə meydana çıxsaq, avrokuboklarsız qalacağıq. Bu, dəqiqdi. Ağdamlıları məğlub etmək lazımdı.
- Xeyr. Biz o fikirlə meydana çıxsaq, avrokuboklarsız qalacağıq. Bu, dəqiqdi. Ağdamlıları məğlub etmək lazımdı.
- Rəşad Sadiqovun gedişi Ağdam klubunda vəziyyəti gərginləşdirsə də, onlar “İnter”lə prinsipial oyunda qələbə qazana bildilər....
- “Qarabağ” onsuz da yaxşı komandadı. İstənilən rəqibini məğlub edəcək gücdədi. Oyunçular arasında anlaşma səviyyəsi çox yüksəkdi. Sadiqovun gedişi isə bu komandaya təsir göstərməməlidi. Düşünmürəm ki, bu, onlar üçün ciddi problem yarada.
- Son günlər “Qarabağ”ın futbolçularına digər klublar tərəfindən maraq olduğu barədə məlumatlar da az gərginliyə səbəb olmur...
- Bizim hələ belə arzumuz yoxdu. Ümumiyyətlə, hazırda transferlər barədə düşünmürük. “Qarabağ”la oynayaq, ondan sonra güclənməyi də düşünürəik. Ağdam klubunun üzvlərindən kiməsə maraq göstərib-göstərməməyimiz də sonranın işidi. İndi bu barədə nəsə demək tezdi.