7 may 2012 15:33
Zaqatala stadionu zəlzələdə ziyan görməyib
Bu gün Zaqatalada baş verən güclü zəlzələlər şəhər stadionuna heç bir ziyan vurmayıb. Azerisport.az xəbər verir ki, sözügedən bölgədə səhər saat 9-11 aralığında üç dəfə güclü zəlzələ baş verib.
Zəlzələ müxtəlif məlumatlara görə, 5,5-7,0 bal aralığında olub. Şəhərdə bəzi köhnə tikililərdə dağıntılar qeydə alınıb. Həmçinin 15-ə yaxın insan müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara çatdırılıb. Amma ciddi tələfat yoxdu. Elə Zaqatala şəhər stadionunun da bu zəlzələdən heç bir zərər görmədiyi bildirilir.
