7 may 2012 15:56
Top-top Qız Bakı üçün düşərli oldu (FOTO)
Premyer Liqanın 31-ci turunun oyunları çərçivəsində “Bakı” – “Neftçi” qarşılaşmasında sentyabr və oktyabr aylarında keçiriləcək 17 yaşadək qadınlararası dünya çempionatının rəsmi talismanı olan Top-Top Qız da iştirak edib. Azerisport.az xəbər verir ki, hakimlərlə eyni anda stadiona çıxan Top-Top Qız hər iki komandanın oyunçularına ədalətli oyun və uğur arzulayıb.
Oyun müddətində azarkeşlər arasından futbol qarşılaşmasını seyr edən Top Top Qız fasilə zamanı da FIFA U-17 qadınlararası dünya çempionatı Yerli Təşkilat Komitəsinin nümayəndələri ilə birlikdə qarşıdan gələn bu böyük futbol turnirinin təbliğat materiallarını izləyicilər arasında paylayıb.
Maraq üçün qeyd edək ki, Top-top Qızın ayağı meydan sahibləri üçün düşərli olub. Belə ki, cari mövsüm “Neftçi” ilə keçirdiyi bütün oyunlarda məğlub olan “Bakı” bu oyunda 2:0 hesablı qələbəyə sevinib.
