7 may 2012 16:58
Rauf Əliyev: Qolu Levinə niyə yazdılar, bilmirəm
“Qarabağ”ın hücumçusu Rauf Əliyev bildirib ki, Premyer Liqanın 31-ci turunda “İnter”lə qarşılaşmada vurulan yeganə qolun müəllifi özüdü. Azeriport.az saytına müsahibəsində o, həmin qolun rəqib müdafiəçi Vladimir Levinin avtoqolu kimi qeydə alınmasını başa düşmədiyini dilə gətirib:
“Düzünü deyim ki, mən baş açmıram qolu niyə Levinin ayağına yazdılar. Topa birinci mən toxunmuşdum. Bunu dəqiq bilirəm. Yəqin ki, mənim zərbəm sonrası top Levinə də toxunub. Amma əsas olan bu deyil. Komandamızın qalib gəlməsi hər şeydən daha vacib idi ki, buna da nail olduq”.