7 may 2012 17:35
Avroliqanın final matçını idarə edəcək hakimlər açıqlandı
Futbol üzrə UEFA Avropa Liqasının final matçını idarə edəcək hakimlərin adları açıqlanıb. Azerisport.az xəbər verir ki, mayın 9-da Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək “Atletico” – “Athletic” oyununu alman ədalət təmsilçiləri idarə edəcək.
İspaniya derbisində Volfqanq Ştark fit çalacaq. Ona həmyerliləri – Yan-Hendrik Zalver və Mayk Pikel yardım edəcək. Qapı arxasındakı hakimlər Florian Mayer və Dəniz Aytəkin olacaq. Matçın dördüncü hakimi isə fransalı Stefan Lannuadı.
