7 may 2012 17:52

Rauf Əliyev: XL-la oyunda bunun davamını gətirməyə çalışacağam

“Qarabağ”ın hücumçusu Rauf Əliyev azerisport.az saytına müsahibəsində Premyer Liqanın 31-ci turunun “İnter”lə oyunundan (1:0), vurduğu qoldan, qarşıdakı “Xəzər Lənkəran”la oyundan, eləcə də Rəşad Sadiqovun gedişindən danışıb.
 
- “İnter” üzərində qələbəniz “Qarabağ”ın avrokubok şanslarını saxladı. Bu oyun barədə nə deyərdiz?
- Bizim üçün çox çətin oyun alındı. Bu görüş avrokuboklara vəsiqə baxımından çox şeyi həll edirdi. Amma biz oyuna ciddi yanaşdıq və lazımi nəticəni qazana bildik. İndi Avropa Liqasına bir qədər də yaxınıq.
 
- Bu oyunda vurduğunuz qolu hakimlər nədənsə Vladimir Levinin avtoqolu kimi yazdılar...
- Düzünü deyim ki, mən baş açmıram qolu niyə Levinin ayağına yazdılar. Topa birinci mən toxunmuşdum. Bunu dəqiq bilirəm. Yəqin ki, mənim zərbəm sonrası top Levinə də toxunub. Amma əsas olan bu deyil. Komandamızın qalib gəlməsi hər şeydən daha vacib idi ki, buna da nail olduq.
 
- Ötən müsahibənizdə demişdiz ki, mənə özümə gəlmək üçün bir qol lazımdı. İndi həmin sözünüzü tutacaqsız?
- (gülür) Ümid edirəm ki, belə də olacaq. Mən də vurduğum qollarla komandama kömək etmək istəyirəm. Qarşıdakı “Xəzər Lənkəran”la oyunda da bunun davamını gətirməyə çalışacağam.
 
- “Xəzər Lənkəran”la oyun yekun, eyni zamanda həlledici qarşılaşmadı...
- “Xəzər Lənkəran”a qarşı səfərdə oynamaq həmişə çətindi. Amma bu, bizi qorxutmur. Əksinə, bizim özümüzə də elə atmosferdə futbol oynamaq xoşdu. Ümid edirəm ki, Lənkəran şəhər stadionunda bu dəfə də əla atmosfer olacaq. “Xəzər Lənkəran” güclü komandadı. Bu oyun bizə heç də asan olmayacaq. Amma hər şeyin yaxşı olacağına inanırıq.
 
- Yəqin ki, “Xəzər Lənkəran” azarkeşləri də sizin 2010-cu ildə həmin arenadakı dublunuzu unutmayıb. Yenidən eyni uğuru təkrarlamaq istəmirsiz?
- Əlbəttə, istərdim (gülür). Həmin oyunumuz çox uğurlu alınmışdı. Ümid edirəm ki, qarşıdakı oyunda da eyni uğuru təkrarlaya biləcəyik.
 
- “İnter”lə oyun öncəsi kapitan Rəşad Sadiqovun komandadan getməsini necə qarşıladınız?
- Belə bir futbolçunun “Qarabağ”dan getməsi çox pisdi. Rəşad öz oyun üslubu, ötürmələri ilə həmişə diqqət çəkirdi. Fikrimcə, onun çatışmazlığını hiss edəcəyik. Komandasını dəyişmək onun öz haqqıdı. Qərarı da özü verib.
 
- Bu, komandanızın yarımmüdafiə xəttində boşluq yaratmayacaq ki?
- Ola bilsin ki, bir-iki il öncə bu, problem yaradardı. Amma indi heyətdə hər mövqeyə iki futbolçu var. Buna görə də hesab edirəm ki, Rəşadın gedişi komandaya elə də çox təsir göstərməyəcək.
 
- Belə söz söhbət gəzir ki, siz də “Xəzər Lənkəran”dan dəvət almısız?
- Mənə heç bir klubdan təklif gəlməyib. İndi ancaq “Qarabağ” haqda düşünürəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.