7 may 2012 18:01
Qəbələ daha bir futbolçusu ilə yollarını ayırdı (FOTO)
“Qəbələ” daha bir futbolçusu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, rəhbərlik komandanın yardımmüdafiəçisi Abdul Kader Kamaranı heyətdən kənarlaşdırıb.
Məlumatı klubun rəsmi saytı yayıb. Belçika vətəndaşı olan qvineyalı futbolçu 2007-ci ildən "Qəbələ"də top qovurdu. Kamara qırmızı-qara formanı ən çox geyən futbolçulardan idi. Belə ki, yarımmüdafiəçi Premyer Liqada 88 dəfə, ölkə kubokunda isə 8 dəfə "Qəbələ"nin heyətində yer almışdı.
Xatırladaq ki, "Qəbələ" bir müddət öncə Lyuba Baranin və Pavel Doroşevlə də yollarını ayırmışdı.
