7 may 2012 18:16
Mövsümün qapanış turu: bütün oyunlar eyni gündə və saatda
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan Azərbaycan çempionatının 32-ci turunun oyun cədvəli açıqlanıb. Azerisport.az növbəti turun proqramı ilə sizi də tanış edir.
Qeyd edək ki, mövsümün son turunun bütün görüşləri eyni gündə - mayın 9-da keçiriləcək. Bundan əlavə bütün qarşılaşmalar eyni saatda - saat 17:30-da başlayacaq.
Oyunların başlama vaxtı və keçiriləcəyi stadionlar, eləcə də hakim-inspektor təyinatları aşağıdakı kimidi:
Əvəzedicilərin çempionatı
32-ci tur
9 may (çərşənbə)
Neftçi – Bakı
Hakim-inspektor: Sahib Əliyev
Bakı. Dalğa Arena.
Qəbələ – Kəpəz
Hakim-inspektor: Əvəz Şıxıyev
Qəbələ şəhər stadionu, yardımçı meydança.
İnter – AZAL
Hakim-inspektor: Şakir Əmrahov
Bakı. “Şəfa” stadionu.
Simurq – Rəvan
Hakim-inspektor: Vaqif Hüseynov
Zaqatala. Şəhər stadionu.
Turan – Qarabağ
Hakim-inspektor: Rafiq Məmmədov
Tovuz rayon Qaraxanlı qəsəbə stadionu.
Sumqayıt – Xəzər Lənkəran
Hakim-inspektor:Adil Ələsgərov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
