7 may 2012 18:33
İddialılar başlayacaq, autsayderlər qapadacaq
Futbol üzrə Azərbaycan Premyer Liqasında 32-ci turun oyunlarının başlama vaxtı və keçiriləcəyi stadionlar açıqlanıb. Azerisport.az mövsümün son turunun proqramı ilə sizi də tanış edir.
Qeyd edək ki, 2011/12 mövsümünün qapanış turu cümə və şənbə günləri oynanılacaq. İlk oyun günündə birinci altılıqda mübarizə aparan kollektivlər meydana çıxacaqlar. İkinci altılıq klubları isə şənbə günü münasibətlərinə aydınlıq gətirəcəklər.
Bütün qarşılaşmalar saat 17:30-da başlayacaq.
Premyer Liqa
32-ci tur
11 may (cümə)
İnter – Bakı
Bakı. “Şəfa” stadionu.
Xəzər Lənkəran – Qarabağ
Lənkəran şəhər stadoinu.
Neftçi – Qəbələ
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
12 may (şənbə)
Rəvan – Sumqayıt
Bakı. Dalğa Arena.
Kəpəz – Simurq
Gəncə. Şəhər stadionu.
AZAL – Turan
Bakı. AZAL Arena.
