7 may 2012 18:45
Almaniya yığmasında daha bir türk futbolçu
Futbol üzrə Almaniya milli komandasının AÇ-2012 üçün ilkin heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Yoahim Löv siyahıya 27 futbolçunun adını salıb.
Baş məşqçi heyətdə iki türk futboçluya yer verib. Belə ki, “Real”dan Məsut Özillə “Borussia”dan (Dortmund) İlkay Gündoğanın adını siyahıya salıb. Əvəzində Sərdar Taşçı və yağmanın aparıcı futbolçusu Simon Rolfes heyətdən çıxarılıb.
Qapıçılar: Manuel Noyer (Bayern), Mark-Andreter Stegen (Borussia, Münhenqladbax), Tim Vize (Werder), Ron-Robert Zieler (Hannover).
Müdafiəçilər: Jerom Boatenq, Holger Badştuber, Filip Lam (hamısı “Bayern), Per Mertezaker (Arsenal), Mats Hummels (Borussia, Dortmund), Benedikt Hövedes (Schalke), Marsel Şmelzer (Borussia, Dortmund).
Yarımmüdafiəçilər: Məsut Özil, Sami Kedira (hər ikisi “Real”), Toni Kroos, Tomas Müller, Bastian Şvaynştayger (hamısı Bayern), Marko Reus (Borussia, Münhenqladbax), Mario Qotse, İlkay Gündoğan (Borussia, Dortmund), Sven Bender (Borussia, Dortmund), Lars Bender, Andre Şürrle (hər ikisi “Bayer), Julian Draksler (Schalke), Lukaş Podolski (Arsenal).
Hücumçular: Kakau (Stuttgart), Mario Qomes (Bayern), Miroslav Kloze (Lazio).
