7 may 2012 11:38

Admir Teli: Son həftələrdə çoxlu səhvlər buraxırıq

“Qarabağ”ın müdafiəçisi Admir Teli azerisport.az saytına müsahibəsində Premyer Liqanın 31-ci turu çərçivəsində keçirilən “İnter”lə oyundan (1:0), Avropa Liqasına vəsiqə qazanmaq şanslarından, eləcə də Rəşad Sadiqovun gedişindən danışıb.
 
“İnter”lə oyunda qələbə qazanmaq bizim üçün çox vacib idi. Çünki “Qarabağ” hazırda heç də yaxşı vəziyyətdə deyil. Amma bu görüşdə hər şeyi düz etməklə istədiyimizə nail ola bildik. Şadam ki, üç xalı qazanan tərəf məhz biz olduq. Amma bizim üçün hər şey həll olunmayıb. Qarşıda kifayət qədər ağır oyun var. Biz son 3-5 həftədə çoxlu səhvlər buraxırıq. Ümid edirəm ki, hər şeyə rəğmən Avropa Liqasına vəsiqə qazana biləcəyik”.
 
Qeyd edək ki, “Qarabağ” bu vəzifənin öhdəsindən gəlmək üçün “Xəzər Lənkəran”la səfər matçında mütləq qələbə qazanmalıdı. Telinin fikrincə Azərbaycanı Avropa Liqasında məhz Ağdam klubu təmsil etməlidi: “Avroliqaya düşmək üçün əlimizdən gələn hər şeyi edəcəyik. Fikrimcə, “Qarabağ” buna layiqdi. Biz son üç ildə ardıcıl olaraq Avroliqada ölkəni layiqincə təmsil edən yeganə komandayıq. Bu yöndə təcrübəmiz də digər klublardan daha çoxdu. Buna görə də hesab edirəm ki, “Qarabağ” mütləq Avroliqada çıxış etməlidi”.
 
Albaniya millisinin müdafiəçisi Lənkərandakı oyundan danışarkən bunları da bildirib: “Biz bilirik ki, “Xəzər Lənkəran”la səfər oyunları daha çətin olur. Lənkəran stadionundakı atmosfer həmişə fərqlənir. Komandanı minlərlə azarkeş dəstəkləyir. Amma bir məqam var ki, dolu tribunalar qarşısında oynamağı biz də xoşlayırıq. Odu ki, fikrimcə bizi çox maraqlı, gərgin və ağır oyun gözləyir”.

Rəşad Sadiqovun gedişinə münasibətini açıqlayan Admir bunları dilə gətirib: “Biz çox yaxşı futbolçunu itirdik. Amma futbolda həmişə belə şeylər olur. Futbolçu həmişə özü üçün yaxşı olanı seçir. Ona ancaq uğur arzulaya bilərəm. Məncə futbolçunu ən yaxşı elə həmkarları başa düşə bilər. Yenə deyirəm ki, Rəşad yaxşı oyunçu idi. Lakin ondan soruşa bilmərəm ki, komandadan niyə gedirsən. Bu, mənim işim deyil. Amma mənim əlimdə olsaydı, onu ən azı mövsümün sonuna kimi komandada saxlardım”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.