7 may 2012 11:57
DÇ-2012 və Top-top qız növbəti sərgidə (FOTOLAR)
4 may, saat 19:00-da Muzey Mərkəzində “Bakılı oğlanlar” KVN qrupunun tanınmış üzvi Bəhram Bağırzadənin “Sən də bu şəhərdə yaşayırsan” adlı sərgisi keçirilib. Azerisport.az xəbər verir ki, sərgiyə dəvət alan FİFA U-17 Dünya Çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi tədbirin qonaqlarına, xüsusilə də uşaqlara dünya çempionatı ilə bağlı hədiyyələr paylayıblar.
Maskotun sərgiyə qatılması qonaqlarda şən əhval-ruhiyyə yaranmasına səbəb olub. Tədbir boyu Azərbaycanın bir çox tanınmış incəsənət xadimləri maskotumuz Top-top qızla şəkillər çəkdirərək Dünya Çempionatına olan dəstəklərini biliriblər.
Tədbiri açıq elan edən Tahir İmanov dünya çempionatının talismanı barədə məlumat verərək, maskotun adının məhz Bəhram Bağırzadə tərəfindən qoyulduğunu vurğulayıb. Tədbir boyu çıxış edən xalq rəssami Sahab Məmmədov, kinorejissor Cəmil Quliyev, bəstəkar Faiq Sücəddinov kimi görkəmli incəsənət xadimləri B. Bağırzadə haqda xoş fikirlərini bildirərək tədbirdən razı qaldıqlarını söyləyiblər.
Tədbirin sonunda qonaqlar böyük maraqla sərgiyə çıxarılmış karikatur şəkillərə tamaşa edib, xoş təəssüratla sərgini tərk ediblər.
