7 may 2012 00:24
Azərbaycan Özbəkistan ilə sülh bağladı
Daşkənd şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində futzal üzrə Azərbaycan milli komandası Özbəkistan yığması ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Millimizin heyətində Vitali Borisov fərqlənib.
Xatırladaq ki, bu komandalar arasında mayın 5-də keçirilmiş yoldaşlıq oyunu 2:1 hesabı ilə millimizin xeyrinə başa çatmışdı.
