7 may 2012 12:10

Premyer Liqamızda 9 mümkün mükafat bölgüsü

Futbol üzrə Azərbaycan Premyer Liqasının 32-ci turu həm çempionatın mükafatçılarından, həm də avrokuboklara vəsiqələrdən ikisinin sahibinə aydınlıq gətirəcək. Azerisport.az xəbər verir ki, artıq çempion olan “Neftçi” ilə avrokuboklara yüksəlmək və mükafat qazanmaq şansı bitən “Qəbələ” arasında oyun nisbətən formal xarakter daşıyacaq.
 
Lakin digər 2 görüş həm mükafatlara, həm də “Neftçi” və “Bakı” ilə birlikdə qitə kuboklarına yüksələcək komandaların adının müəyyənləşməsində həlledici rol oynayacaq.
 
Lənkəranda keçirilən “Xəzər Lənkəran” – “Qarabağ” və Bakıda baş tutacaq “İnter” – “Bakı” qarşılaşmaları paralel başlayacaq. Bu 2 oyunda ümumilikdə 9 nəticə variantı var. Bütün nəticə variantlarında mükafat bölgüsünün necə olacağını təqdim edirik.
 
1. “Xəzər Lənkəran” və “İnter” qalib gəlir
 
2.“Xəzər Lənkəran” – 59
3.“İnter” – 56
4.“Qarabağ” - 53
 
Gümüş “Xəzər Lənkəran”ın, bürünc “İnter”in olur. Hər ikisi Avropa Liqasına vəsiqə qazanır.
 
2. “Xəzər Lənkəran” qalib gəlir, Bakıda heç-heçə
 
2.“Xəzər Lənkəran” – 59
3.“İnter” – 54
4.“Qarabağ” - 53
 
Gümüş “Xəzər Lənkəran”ın, bürünc “İnter”in olur. Hər ikisi Avropa Liqasına vəsiqə qazanır.
 
3. “Xəzər Lənkəran” və “Bakı” qalib gəlir
 
2.“Xəzər Lənkəran” – 59
3.“Qarabağ” - 53
4.“Bakı” – 53
5.“İnter” - 53
 
Gümüş “Xəzər Lənkəran”ın, bürünc “Qarabağ”ın olur. Ağdamlılar “İnter” və “Bakı”nı şəxsi oyunlarda üstələyir. Onlar bu 2 rəqibi ilə oyunlarda 17 xal qazanıb. Şəxsi oyunlardakı 12 xal “Bakı”nı 4-cü, 5 xal isə “İnter”i 5-ci edir. Hər iki mükafatçı Avropa Liqasına vəsiqə qazanır.
 
3  Qarabağ (Ağdam)        3       2:1  2:4  1:0  1:0
                                                    3:0  2:1  0:0  1:1
4  Bakı                       0:3  1:2         4        1:0  0:1
                                  1:2  4:2                    +:–
5  İnter (Bakı)          0:0  1:1      –:+             5
                                  0:1  0:1    0:1  1:0
 
4. “Xəzər Lənkəran” heç-heçə edir, “İnter” qalib gəlir
 
2.“Xəzər Lənkəran” – 57
3.“İnter” – 56
4.“Qarabağ” - 54
 
Gümüş “Xəzər Lənkəran”ın, bürünc “İnter”in olur. Hər ikisi Avropa Liqasına vəsiqə qazanır.
 
5. Hər 2 oyun heç-heçə bitir
 
2.“Xəzər Lənkəran” – 57
3.“Qarabağ” - 54
4.“İnter” – 54
 
Gümüş “Xəzər Lənkəran”ın, bürünc “Qarabağ”in olur. Ağdamlılar “İnter”i şəxsi oyunlarda üstələyir – 1:0, 0:0, 1:1, 1:0. Hər iki mükafatçı Avropa Liqasına vəsiqə qazanır.
 
6. “Xəzər Lənkəran” heç-heçə edir, “Bakı” qalib gəlir
 
2.“Xəzər Lənkəran” – 57
3.“Qarabağ” - 54
4.“Bakı” – 53
5.“İnter” - 53
 
Gümüş “Xəzər Lənkəran”ın, bürünc “Qarabağ”in olur. “Bakı” “İnter”i şəxsi oyunlarda üstələyir – +:-, 1:0, 0:1 və son oyundakı nəticə. Hər iki mükafatçı Avropa Liqasına vəsiqə qazanır.
 
7. “Qarabağ” və “İnter” qalib gəlir
 
2.“Qarabağ” - 56
3.“İnter” – 56
4.“Xəzər Lənkəran” – 56
 
Hər 3 komandanın 56 xalı olur. Şəxsi oyunlardakı 15 xal “Qarabağ”a gümüş, “İnter”in 9 xalı bürünc qazandırır. Şəxsi oyunlarda cəmi 8 xalı olan “Xəzər Lənkəran” mükafat və avrokuboksuz qalır.
 
2  Qarabağ (Ağdam)      2       1:0  1:0     0:1  1:0
                                                  0:0  1:1     0:0  1:0
3  İnter (Bakı)             0:0  1:1      3          1:0  0:0
                                     0:1  0:1                  1:0  0:2
4  Xəzər Lənkəran       0:0  0:1  0:1  2:0        4
                                     1:0  0:1  0:1  0:0
 
8. “Qarabağ” qalib gəlir, Bakıda heç-heçə
 
2.“Qarabağ” - 56
3.“Xəzər Lənkəran” – 56
4.“İnter” – 54
 
Şəxsi oyunlardakı nəticələr “Qarabağ”a gümüş, “Xəzər Lənkəran”a bürünc qazandırır. “İnter” mükafatçılar və avrokuboklardan kənar qalır.
 
9. “Qarabağ” və “Bakı” qalib gəlir
 
2.“Qarabağ” - 56
3.“Xəzər Lənkəran” – 56
4.“Bakı” – 53
5.“İnter” – 53
 
Şəxsi oyunlardakı nəticələr “Qarabağ”a gümüş, “Xəzər Lənkəran”a bürünc qazandırır. “İnter” mükafatçılar və avrokuboklardan kənar qalır.
 
(PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.