7 may 2012 00:15
Galatasaray itirdi, Fenerbahçe qazandı
Futbol üzrə Türkiyə Super Liqasının Final Mərhələsində 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turun bütün oyunları eyni gündə baş tutub.
Çempionluq qrupunda lider “Galatasaray” “Beşiktaş”ı, “Trabzonspor” isə “Fenerbahçe”ni qəbul edib. “Fenerbahçe” xal itirəcəyi halda “Galatasaray” qələbə qazanmaqla çempionluğunu rəsmiləşdirə bilərdi. Amma gözlənilənlər özünü doğrultmayıb. Belə ki, “Galatasaray” xal itirib, “Fenerbahçe” qələbə qazanıb. Bununla da lider “Galatasaray”la “Fenerbahçe” arasındakı xal fərqi birə enib. Çempionluğun taleyi mayın 12-də, “Şükrü Saracoğlu” stadionuda keçiriləcək son tutun “Fenerbahçe” – “Galatasaray” oyununda həll olunacaq.
Avrolaqa qrupunda isə “Eskişehirspor” “İstanbul BB”ni qəbul edib. Meydan sahibləri 3:1 hesablı qələbə qazanaraq, turnir cədvəlinin birinci pilləsini ələ keçiriblər. “Bursaspor” isə evdə “Sivasspor”a 2:0 hesabı ilə qalib gəlib və Avroliqaya vəsiqə şansını saxlayıb.
Bu turdan sonra “Sivasspor” Avroliqa şansını itirib. Son turda “Eskişehirspor” “Sivasspor”un, “Bursaspor” isə “İstanbul BB”nin qonağı olacaq. Bu qrupda ilk pilləni tutan komanda Avropa Liqasına vəsiqə uğrunda Çempionluq qrupunin dördüncüsü ilə play-off oyununa çıxacaq.
Türkiyə Super Liqası
Super Final
6 may
Çempionluq qrupu
Galatasaray – Beşiktaş - 2:2
Qollar: Melo, 9, Almeyda, 45+1-öz qapısına – Holosko, 86, Uyfaluşi, 88-öz qapısına.
Trabzonspor – Fenerbahçe - 1:3
Qollar: B.Yılmaz, 45+4 – Emre, 3, Bienvenu, 31, Baroni, 85.
|
1
|
Galatasaray
|
5
|
2
|
2
|
1
|
9 - 6
|
3
|
47
|
|
2
|
Fenerbahce
|
5
|
4
|
0
|
1
|
9 - 4
|
5
|
46
|
|
3
|
Trabzonspor
|
5
|
1
|
1
|
3
|
4 - 9
|
-5
|
32
|
|
4
|
Besiktas
|
5
|
1
|
1
|
3
|
4 - 7
|
-3
|
32
|
Avroliqa qrupu
Eskişehirspor – İstanbul BB - 3:1
Qollar: Kamara, 19; 77, V.Sarı, 30 – Madureyra, 79.
Bursaspor – Sivasspor - 2:0
Qollar: T.Bahadır, 45; 48.
|
1
|
Bursaspor
|
5
|
3
|
0
|
2
|
8 - 10
|
-2
|
34
|
|
2
|
Eskisehirspor
|
5
|
2
|
2
|
1
|
9 - 6
|
3
|
33
|
|
3
|
İstanbul BB
|
5
|
2
|
1
|
2
|
10 - 10
|
0
|
32
|
|
4
|
Sivasspor
|
5
|
1
|
1
|
3
|
8 - 9
|
-1
|
29
|
