7 may 2012 12:47
Türkiyədə danışılmış oyunlarla bağlı qərarlar açıqlandı
Türkiyədə danışılmış oyunlarla bağlı Türkiyə Futbol Federasiyasının İntizam Komissiyasının qərarları açıqlanıb. Azerisport.az xəbər verir ki, danışılmış oyunlarla bağlı aparılan araşdırmalar nəticəsində “Fenerbahçe” klubuna, eləcə də klubun prezidenti Əziz Yıldırıma cəza verilməyib.
“Fenerbahçe” klubu və Əziz Yıldırımla bağlı qərarda qeyd olunur ki, komandanın keçirdiyi oyunlarda qaydaların pozulması, hətta təşəbbüs olmuş olsa belə, bunun oyunlara təsir etmədiyi üzə çıxıb.
İntizam Komissiyasının qərarına görə aşağıdakı şəxslər konkret müddətdə futbol aləmindən uzaqlaşdırılmaq cəzasına məhkum ediliblər:
İbrahim Akın - 3 il
Ümit Karan - 2 il
Şekip Mosturoğlu - 1 il
İlhan Ekşioğlu - 3 il
Cemil Turan - 1 il
Ahmet Çelebi - 2 il
Serdar Kulbilge - 2 il
Cengiz Demirel - 1 il
Yavuz Ağırgöl - 1 il
Mehmet Şen - 1 il.
