8 may 2012 13:01
AFFA XL - Qəbələ matçı ilə bağlı Hakimlər Komitəsinə tapşırıq verdi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 31-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Xəzər Lənkəran” – “Qəbələ” matçının 31-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Aleksandr Çertaqanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. “Xəzər Lənkəran” klubu İntizam Komitəsinə məktubla müraciət edərək bu matçın hakim idarəçiliyi ilə bağlı öz narazılığını bildirib. Hakimlər Komitəsi matçın hakimlərinin idarəçiliyini dəyərləndirdikdən sonra İntizam Komitəsinin növbəti iclasına kimi Komitəyə məlumat versin.

“Simurq” – “Rəvan” matçında “Rəvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Matçın 88-ci dəqiqəsində “Simurq”un azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində “Rəvan”ın futbolçusu Samuel Barlay idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.