8 may 2012 00:44
Mircavadov: Avropa Liqasına Qarabağı göndərərdim
Ağasəlim Mircavadov azerisport.az saytına müsahibəsində başa çatmaqda olan Premyer Liqanın cari mövsümünün nəticələrindən danışıb.
- Mövsümün son turu Avropa Liqasına 2 vəsiqə uğrunda mübarizə ilə yadda qalacaq. Bu barədə nə deyərdiz?
- Avroliqaya getmək istəyən klublar üçün son turun oyunları finala bərabər olacaq. Hər şey “Xəzər Lənkəran”la “Qarabağ” və “Bakı” ilə “İnter” arasındakı görüşlərdə müəyyənləşəcək. Hamı bilir ki, “bankirlər”in hücum xəttində problemlər var. Onlar az qol vururlar. Amma “Bakı” da özü üçün oynayacaq. Həm də nəzərə almaq lazımdı ki, bu komanda “Neftçi” ilə qarşıdakı kubokun final oyununu daha çox düşünür. “Qarabağ” “İnter”lə oyunda layiqli qələbə qazandı. XL isə heç-heçəyə görə günahı özündə axtarmalıdı. Onlar “Qəbələ”ni məğlub etməyə borclu idilər. Bəlkə də heç qonaq futbolçular özləri Lənkəranda belə nəticə qazanacaqlarına inanmırdılar. Onların sadəcə bəxti gətirdi.

- XL – “Qarabağ” matçında hansı komandanı favorit hesab edirsiz?
- Belə oyunlarda hər şeyi matçın gedişi həll edir. Bu oyuna proqnoz verə bilmərəm. Amma əminəm ki, “Qarabağ” layiqli oyun sərgiləyəcək. Qurban Qurbanovun komandası lazımı anda toparlana bilir.
- Sizcə, ağdamlıların Lənkəranda qələbə qazanmaq şansı var?
- Futbolda hər şey ola bilər. Əlbəttə, Lənkəranda 3 xal qazanmaq çox çətin olacaq. Özü də cənublulara qələbə çox lazım olduğu bir vaxtda. Amma minimal hesablı qələbə qazanmaq mümkündü. “Xəzər Lənkəran”ın isə avrokuboklara yollanmaq şansı daha çoxdu. Çünki bu komandaya hətta heç-heçə də sərf edir.

- Əgər siz qərar verməli olsaydız, hansı klubumuzu avrokuboklara göndərərdiz?
- Mən əlbəttə ki, “Qarabağ”ı göndərərdim. Bu komandanın futbolçuları artıq üç mövsümdü bizi sevindirirlər. Bu, adi klub deyil. Hamı ona azarkeşlik edir. “Qarabağ” hələ iki il öncə ölkə çempionu olmalıydı. Onda oyunçular da gənc idilər. Amma indi vəziyyət bir qədər dəyişib. Lakin istənilən halda “Qarabağ” avrokuboklara vəsiqə qazanmalıdı.

- Rəşad Sadiqovun mövsümün sonuna iki tur qalmış komandadan getməsinə münasibətiniz necədi?
- Mən Rəşadı çox yaxşı tanıyıram. O, yaxşı futbolçudu, inşandı. “Neftçi”yə keçmək onun haqqıdı. Lakin bunun üçün mövsümün sonunu gözləmək lazım idi. Komandanın ağır oyunu öncəsi belə bir addımın atılması böyük zərbədi. O, XL və “İnter”lə oyunlarda da öz borcundan çıxmalı idi. Qurbanov onu Quzanlıdan Bakıya qaytarmaqla da düzgün addım atdı. Mən də eyni addımı atardım.

- Qarşıda “Bakı” ilə “Neftçi arasında kubokun final oyunu da var...
- Finalda zəif komanda olmur. Burda hər iki komanda bərabərdi. Məsələn, heç kim gözləməzdi ki, “Real” “Bayern”i Çempionlar Liqasında keçə bilməyəcək. Odu ki, “Bakı” da “Neftçi” ilə oyuna tam gücüylə hazırlaşacaq. Burda hər şey ola bilər. Final matçlarında aşkar favorit olmur.
- Bu mövsüm hansı futbolçu sizin yadınızda daha çox qaldı?
- Yeni ad yoxdu. Flavinyo və Rəşad Abdullayevin “Qarabağ”a qarşı oyunları mənim çox xoşuma gəldi. Təəssüf ki, Rauf Əliyev və Əfran İsmayılov bu mövsüm sabit çıxış etmədi. “Qəbələ”də Dodo yaxşı mövsüm keçirdi. O, bütün oyunlarda sabit çıxışı ilə seçildi.