8 may 2012 13:14
Əvəzedicilər də cəzasız qalmadı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, komitə üzvləri Premyer Liqada çıxış edən klubların əvəzediciləri arasında keçirilən Azərbaycan çempionatının 31-ci turunda qeydə alınan qayda pozuntularına da hüquqi qiymət verib.
“İnter” – “Bakı” matçında “İnter”in 5, “Bakı”nın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunub.
“Xəzər Lənkəran” – “Simurq” matçının 45-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Zahid Quliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində “Simurq”un futbolçusu Bəhram Bəhramzadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Kəpəz” – “Neftçi” matçının 77-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Elnur Soltanlı kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
